ManşetÖlkə içi

Ermənistandan sığınacaq istəyən 3 azərbaycanlı kim olub?

Ermənistan Dövlət Miqrasiya Xidməti 2021-ci ildə bu ölkədən sığınacaq istəyənlərin siyahısını açıqlayıb. JAMAZ.İNFO həmin qurumun yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, ötən il Ermənistandan sığınacaq istəmiş əcnəbilərin ümumi sayı 260 nəfər olub.

Onlardan 118 nəfəri İran, 52 nəfəri İraq, 27 nəfəri Suriya vətəndaşları olub. Sığnacaq istəyənlər arasında Türkiyə və Azərbaycan vətəndaşları da var. Ermənistan DMX-nin məlumatına görə, ötən il 6 Türkiyə vətəndaşı sığınacaq üçün müraciət edib. Onlardan birinin müraciətinə xitam verilib. 1 müraciət rədd edilib, 3 nəfəri isə qaçqın statusu alıb.

Ötən il Ermənistandan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı isə 3 nəfər təşkil edib. Məlumatda deyilir ki, onlardan birinin müraciəti dayandırılıb. Digər ikisinə isə sığınacaq verilməsindən imtina olunub.

Maraqlıdır, Ermənistandan sığınacaq istəmiş Azərbaycan vətəndaşları kimlər olub? Rəsmi dövlət qurumlarının bununla bağlı məlumatı varmı? Azərbaycan vətəndaşının 44 günlük Vətən Müharibəsindən sonra Ermənistandan sığınacaq istəməsinin səbəbi və ya səbəbləri nə ola bilər?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button