DünyaManşet

Ermənistanın baş prokuroru: “Paşinyanın həbs etməyə hazıram”

Ermənistanın baş prokuroru Aartur Davatyan bir qrup vəkillə görüşdə bəyan edib ki, o, baş nazir Nikol Paşinyan barəsində cinayə işi açaraq, həbs etməyə hazırdır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə görüşdə iştirak edən vəkil Artur Kazinyan açıqlama verib.

O bildirib ki, baş prokurorla 40 dəqiqəlik görüş olub. Həmin görüşdə, Paşinyan hökumətinin və şəxsən özünün törətdiyi əməllərə hüquqi qiymət verilməsi müzakirə olunub. Kazinyan deyib ki, Artur Davatyan söhbət əsnasında onlara bildirib ki, Nikol Paşinyan haqqında cinayət işi açaraq, həbs etməyə hazırdır. “Lakin o, bizdən tələb etdi ki, bunun üçün bütün dəlil və sübutları ona təqdim edək. Biz də həmin dəlil və sübutları yaxın günlərdə baş prokurora təqdim edəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button