ManşetSiyasət

Ermənistanın sabiq XİN başçısı Ərdoğana məktub yazıb: “Şuşanı, Hadrutu, Qaragölü və digər əraziləri tərk edin”

Ermənistanın ilk xarici işlər naziri olmuş Raffi Hovannisyan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb. JAMAZ.İNFO bildirir ki,keçmiş nazir məktubunda barışığın əldəolunması üçün “yollar” da göstərib. O yollar ki, ermənilərin hələ də ağıllanmadığını bir daha təsdiq edir.

Hovannisyan məktubunda yazır ki, Türkiyə və Ermənistan arasında danışıqlar ilkin şərt olmadan aparılmalıdır. Daha sonra isə qeyd edib ki, hər iki ölkə BMT-nin fundamental prinsiplərinə əsaslanan, diplomatik münasibətlərin qurulmasına və iki dövlətin paytaxtlarında qarşılıqlı səfirliklərin açılmasına razılıq verən memorandum imzalanmalıdır. “30 il əvvəl birtərəfli qaydada bağlanmış nəqliyyat və kommunikasiyaların açılması həyata keçirilməli, keçmişdən miras qalmış və hələ də həll olunmamış problemləri, o cümlədən “erməni soyqırımı”nın tanınması reallaşdırılmalıdır. Bundan başqa “böyük vətən”in qurulması üçün hüquqular qəbul edilməlidir. Ölənlərin və onların nəslinin nümayəndələrinə olan münasibətlər tənzimlənməli, dağılmış abidələrin bərpası təşkil olunmalıdır. Paralel olaraq, xalqların həqiqi barışığı, dövlətlərarası sərhədin qanuni və məcburi demarkasiyası üçün zəruri addımlar atılmalıdır”.

Keçmiş nazir məktubunun əvvəlində ilkin şərtdən bəhs etsə də, faktiki olaraq yazdıqlarının hamısı şərtdən başqa bir şey deyil. Üstəlik, bir ölkənin xarici siyasətini həyata keçirmiş adam nə qədər ağlını itirməlidir ki, qalib tərəflə diktə, şərt dilində danışsın. Bu azmış kimi, Ərdoğandan Azərbaycana da təsir etməsini istəsin. Məsələn, Hovannesyan yazır ki, iki ölkə arasında normal danışıqlar prosesi üçün Türkiyənin prezidenti Azərbaycan Ordusunun Qafan-Gorus yolundan, Qara göl və daha bir neçə məntəqədən geri çəkməlidir.

İşin maraqlı tərəfi odur ki, bu başını itirmiş “diplomat” təklif edir ki, Azərbaycan Ordusu öz doğmaca torpaqlarımızdan, Şuşadan, Hadrutdan da çıxmalıdır. “Bu baş verdikdən sonra Şuşa və Hadrut neytral ərazi olmalıdır. Ora ermənilərin geri qayıtması təmin edilməlidir”.

Erməni “diplomat” daha sonra deyir ki, bütün hərbi əsirlər qaytarılmalıdır. Halbuki Azərbaycanın əlində bir nəfər belə hərbi əsir yoxdur. Mövcud olan ermənilərin də hamısı cinayət əməli törətmiş və diversiya törətməyə cəhd göstərmiş diversantlardırlar. Diversantlar isə hərbi əsir hesab olunmur. “Siz münaqşənin yekun həlli üçün ATƏT-in himayəsi altında Qarabağdakı hakimiyyət orqanları ilə sivil danışıqları bərpa edəcəyinizə təminat verin. Cənab Ərdoğan, bu, davamlı sülhə aparan yoldur”.

P.S. Qeyd edək ki, Ermənistanın nəinki indiki, elə keçmiş nazirləri, başda Hovannesyan olmaqla hamısı yarımağıl adamlardırlar. Əgər onlar həqiqi diplomat olsaydılar, indiyə qədər münaqişənin baş verməsinə imkan verməzdilər. Əksinə, çalışardılar ki, iki ölkə arasında münasibətlər normal qalsın. Bundan daha çox Ermənistan qazanardı, nəinki Azərbaycan. Çünki sovet dövrü və ondan əvvəl Azərbaycanda yaşayan ermənilərə kimsə təzyiq, zorakılıq etməyib. Dinc şəkildə yaşamaq isə Ermənistanın inkişafına yardım edərdi. İndi durub başından böyük danışaraq, Şuşanı boşaltmağı təklif etmək debillikdən başqa bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button