ManşetSiyasət

Ermənistanın XİN başçısı Qarabağa gəlir – YENİLƏNİB

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu gün Qarabağa səfərə gedib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə adıçəkilən nazirlik məlumat yayıb.

Məlumatda deyilir ki, səfər “rəsmi” xarakter daşıyır və Xankəndində Qarabağdakı erməni terrorçuları ilə bir sıra görüşlər keçiriləcək. Həmçinin o da qeyd olunub ki, səfər çərçivəsində Qarabağın vəziyyəti müzakirə olunacaq.

***

Gələn son xəbərlərdə deyilir ki, Ara Ayvazyan Qarabağa səfər edib və orada separatçıların nümayəndəsi David Babayanla görüşüb. Ermənistan XİN-in yaydığı məlumatda deyilir: “Bu gün Ermənistan XİN-in rəhbəri Ara Ayvazyan “Artsax”a “rəsmi” “səfər” edib. Xankəndində Ayvazyan “həmkarı” David Babayanla görüşüb. “Səfər” çərçivəsində Ermənistan XİN-i ilə “Artsax” “XİN”i arasında məsləhətləşmələrə dair proqram “sənədi” imzalanıb”.

P.S. Görəsən, Ermənistanın XİN başçısı rəsmi Bakıdan icazə alıbmı? Yoxsa, yenidən başa dönürük?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button