GündəmManşet

Ermənistanla danışıqların detalları: Qazaxın 7 kəndi, Kərki və 5 bəndlik təklif

“Brüssel görüşündən sonra belə qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib”. JAMAZ.İNFO xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə səylər davam etdirilir. “Sülh danışıqları Azərbaycanının 5 maddəlik təklifi əsasında aparılacaq”.

Xələfov Qazaxın 7 kəndi, Kərki və digər məsələlərlə bağlı deyib ki, bütün bunlar delimitasiya kontekstində həllini tapmalıdır. O, bu ərazilərin Azərbaycana məxsus olduğunu diqqətə çatdırıb: “Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Hesab edirik ki, məsələlər müzakirə olunduqdan sonra öz həllini tapacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button