GündəmManşet

Ermənilər sərhəddə əsgərlərimizi atəşə tutdu: DÜŞMƏN İTKİ VERİB

Bu gün saat 14:20 radələrində Azərbaycan-Ermənistan sərhəddinin Verin Şorj (Yuxarı Şorca) kəndi istiqamətində insident yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan hərbçiləri üzbəüz mövqedə yerləşən Azərbaycan Ordusunun əsgərlərinə atəş açıb.

Əldə etdiyimiz məlumata görə, düşməni susdurmaq üçün ordumuz cavab atşi açıb. Hadisənin qısa müddət davam etdiyi, düşmənin susdurulduğu, itki olmadığı bildirilir.

Qeyd edək ki, Ermənistan tərəfi də bu barədə məlumat yayıb. Həmin məlumatda iddia olunur ki, Verin Şorj kəndindəki erməni əsgərləri guya, Azərbaycan Ordusu tərəfindən atəşə tutulub. Ermənistan Müdafiə Nazirliyi məsələni araşdırdığını bildirsə də, yaralı və ya ölüm hadisəsinin olub olmaması barədə heç bir bilgi verməyib.

Qeyd edək ki, Ermənistan tərəfi dövlət sərhəddimizdə təxribat törətməsi sistematik şəkil alıb. Hələ bir neçə gün əvvəl ərazilərimizə keçən düşmən əsgərləri hərbçilərimiz tərəfindən qovulmuşdu. Bundan sonra isə ermənilər Azərbaycan postlarına hücum edərək, Ordumuzun bölmələrini ərazidən çıxarmağa cəhd göstərmişdilər. Ki, nəticədə əlbəyaxa dava düşmüşdü, nəticədə 11 erməni əsgəri müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdi. Hətta bölgdəki erməni hərbi hissələrindən birinin qərargah rəisinin burunu da sındırılmışdı.

Görünən odur ki, Ermənistan tərəfi təxribata əl ataraq, günahı Azərbaycanın üzərinə atmağa çalışır. Silahlı insidentin yaşanması da bunun əlamətlərindən biridir. Bununla da Emənistan üzv olduğu KTMT-nin hərbçilərini sərhəddə gətirmək, dünyaya “torpaqlarımız işğal olunub” qarayaxmasını yaymaq istəyir.

P.S. Ermənistan tərəfinin yaydığı məlumata görə, atışma nəticəsində Ermənistan ordusunun 32 yaşlı V.Xurşidyan ad-soyadlı çavuşu ölüb. 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button