ManşetÖlkə içi

Fərrux kəndinin “mer”i: “Azərbaycan Ordusu Pirlər kəndindən Qaraqlux təpəsinə yol çəkir”

“Buradakı bütün ərazilər azərbaycanlıların əlindədir. Kim deyir ki, onu geri alıblar?” JAMAZ.İNFO xəbər verir ki, bunu Tert.am-a Fərrux kəndinin keçmiş “meri” Artyuşa Mikayelyan deyib.

“Qarağlux təpəsi hazırda kimin nəzarətindədir” sualına Mikayelyan belə cavab verib. “Təpə onların nəzarətindədir. Bu tərəfdən xəbərim yoxdur. Hazırda azərbaycanlılar orada möhkəmlənmək üçün Pirlər (Xramort) kəndindən Qaraqluxa yol çəkirlər”.

Onun bildirdiyinə görə, Azərbaycan Ordusu hazırda Qarağluxda məskunlaşır. “Kim deyir ki, Fərrux geri alınıb? Onların dedikləri yalandır”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağ ərazisində silahlı insidentə yol açacaq heç bir hərəkətə yol verməyib. Nazirlikdən bildirilib ki, Ordumuz hazırda mövqe və dislokasiya yerlərini dəqiqləşdirməklə məşğuldur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button