GündəmManşet

“Faktinfo” qəzeti: “4 hərbi hissə darmadağın edilib, ölənlərin sayı 300 nəfərdir”

Ermənistan tərəfinin dünən sərhəddə həyata keçirdiyi təxribat nəticəsində itkilərinin sayının 49 nəfər olduğu bildirilir. JAMAZ.İNFO xəbər verir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyan bu rəqəmin nisbi olduğunu, daha da artacağını açıqlayıb.

Ermənistanda yayımlanan “Faktinfo” qəzeti isə məlumat yayıb ki, vəziyyət daramatikdir. Nəşrin yazdığına görə, Ermənistan ordusunun itkiləri heç də 49 nəfərdən ibarət deyil. “Bu rəqəm 300 nəfərə yaxındır. Onun artacağına isə şübhə yoxdur. Çünki çoxlu sayda ağır yaralılar var”.

Sözügedən qəzet onu da yazıb ki, dünən gecə Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Gorus, Qafan və Vardenis rayonlarında yerləşən 4 hərbi hissə darmadağın edilib. “4 hərbi hissənin bütün ərazisi Azərbaycan tərəfindən raketlə vurulub. Orada çoxlu sayda yaralı və ölənlərin olduğunu rayon sakinləri, habelə hadisənin şahidləri də təsdiqləyirlər. Qafan və Vardanesdəki hərbi hissədə bir bina belə qalmayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button