GündəmManşet

“Foreign Affairs”: “Türkiyə ilə rəqabət aparmaq mümkün olmayacaq”

44 günlük Vətən Müharibəsində dronlar və PUA-lardan geniş istifadə olunması dünyan gündəmindən düşmür. JAMAZ.İNFO xəbər verir ki, müharibədə alınan nəticələri təhlil edən iri dövlətlər, artıq dönəmin dəyişdiyini və yeni dövrün başladığını dilə gətirməyə başlayıblar.

ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalı xüsusən Türkiyənin istehsal etdiyi PUA-larla bağlı geniş araşdırma yazısı dərc edib. Jurnal yazır ki, artıq dünya dron savaşları dövrünə qədəm qoyub. “Bütün hərbi mütəxəssislər Qarabağ savaşını təhlil edirlər. Alınan nəticələr olduqca heyrətamizdir. Bundan sonra dünyada dron müharibələri dönəmi start götürür”.

“Foreign Affairs” qeyd edir ki, hazırkı vəziyyətdə ən öndə olan Türkiyədir. Belə ki, ən son model PUA-lar istehsal edən Türkiyə ilə yaxın vaxtlar üçün rəqabət aparmaq mümkün olmayacaq. “Liviya, Suriya və Qarabağda tətbiq olunan taktikalar və PUA-lar Türkiyənin bu sahədə nə qədər irəliyə getdiyini sübut elədi. Yaxın gələcəkdə türklərlə bacarmaq və ya onlarla rəqabət aparmaq mümkün olmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button