GündəmManşet

Fransız diplomatdan ermənilərə növbəti dəstək: Lakott səfirlikdən, vəkilliyə keçib

Məlum olduğu kimi, artıq bir müddətdir Ermənistan tərəfi Naxçıvan istiqamətindən mövqelərimizi atəşə tutaraq, təxribata əl atır. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl baş verən atışmada Azərbaycan Ordusunun hərbçisi yaralanmışdı. Bundan başqa, ərazidə çıxan yanğını söndürmək istəyən FHN-in əməkdaşları da atəşə tutulmuşdu və mayor yaralanmışdı.

Qeyd edək ki, dünən Ermənistan tərəfi Yeraxsa qəsəbəsindəki mövqelərindən Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizi yenidən atəşə tutub. Atəşkəsin davamlı olaraq pozulması barədə açıqlama yayan Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, bu təxribatların məsuliyyəti İrəvan hakimiyyətinin üzərindədir.

Bu əsnada, Fransanın Ermənistandakı səfiri Conatan Lakott bütün diplomatik qaydaları bir kənara qoyaraq, birmənalı olaraq erməniləri dəstəkləməyə və bunu açıq şəkildə nümayiş etdirməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Lakott erməni təxribatının yeni mərkəzi olan Yeraxsa (Arazdəyən) qəsəbəsi barədə paylaşım edib. O özünün Facebook səhifəsində bu barədə yazıb: “Əgər Yerasx qəsəbəsinin sakinləri yata bilmirlərsə, deməli, İrəvan da yatmayıb”.

Bu sözləri yazan Lakott Arazdəyən kəndinin şəkillərini və Ermənistanın xəritəsini paylaşıb.

Xatırladaq ki, bu, fransız diplomatın ilk “əl işi” deyil. Bundan öncə də, Lakott dəfələrlə Azərbaycan tərəfini sərt şəkildə tənqid edərək, Qarabağla bağlı ermənipərəst açıqlamalar verib, Bakıda açılmış “Qənimətlər Parkı” məsələsini tənqid edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button