İqtisadiyyatManşet

Gömrük Komitəsindən biabırçı addım: Aeroportda insanlar niyə yoxlanılır?

Dövlət Gömrük Komitəsindən şikayətlər səngimək bilmir. İstər sıravi vətəndaşlar, istərsə də sahibklarlar illərdir bu qurumun faliyyətindən bezar olduqlarını bəyan etsələr də, nə bir tədbir görülür, nə də gömrük məmurlarına “gözün üstə qaşın var” deyən olur.

JAMAZ.İNFO xəbər verir ki, ictimai fəal Haldun Novruzzadə isə bu günlədrə DGK-nın daha bir “yolu” barədə maraqlı paylaşım edib. O yazır ki, sözügedən dövlət qurumu təzə yola əl atıb. “Deməli, xaricdən, əsasən də Amerikadan gələn insanların aeroportda telefonlarına, notebooklarını açıb, baxırlar ki, görsünlər təzədir, ya köhnə. Kimsə ailəsinə telefon, notebook hədiyyə almağına peşmandı. Dünyanın heç bir aeroportunda belə dilənçilik etmirlər. O boyda Gömrük oturub gözləyir ki, Amerika, Dubay reysi gəlsin, cumsunlar çantalara”.

Novruzzadə qeyd edir ki, Azərbaycanda DGK qədər şikayət olunan qurum yoxdur. “Sizin qədər şikayət olunan qurum yoxdu, hələ də özbaşınalığınız davam edir. Az incidin bu vətəndaşları. Onsuz da sizinkimilərin əlindən köçüb gedib, xaricdə yaşayırlar. İldə bir dəfə gəlməklərinə də peşman etməyin”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button