ManşetSiyasət

Gorusun merindən iddia: “Sünikin 3 kəndi anklav adı ilə Azərbaycana veriləcək”

“Hələ 2021-ci ilin əvvəlində müsahibələrimin birində demişdim ki, Azərbaycan tezliklə M2 magistralını, Goruss-Qafan yolunu bağlayacaq. İndiki hakimiyyətin addımlarını yaxından izləsək, onların hər bir rəzil addımını öz üslubuna və xüsusi olaraq əvvəlcədən işlənmiş sehrinə uyğun olaraq Ermənistanın xeyrinə təqdim etməyə çalışdıqlarını başa düşmək üçün çox ağıl lazım deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu Gorusun meri, hazırda həbsdə olan Aruş Aruşyan “Hraparak” nəşrinə verdiyi müsahibəsində deyib.

O bildirib ki, Ermənistan demarkasiya prosesi başlayandan sonra daha bir neçə kəndi anklav adı ilə Azərbaycana verəcək.

Aruşyan daha sonra deyib ki, hər şey bölgədəki geosiyasi proseslərdən asılı olacaq. “Geosiyasi proseslər sürətlə dəyişir. Əgər Rusiya-Ukrayna müharibəsi başlasa, daha dəqiq desək, Rusiya-Çin-İran NATO-ya qarşı mübarizə start götrürsə, Azərbaycan yenidən hücuma keçəcək. Amma bu o demək deyil ki, biz ancaq pisi görməliyik. Bəlkə bizə tarixi vətənimizi rus qardaşlarımızla birlikdə işğaldan azad etmək, Kür-Araz bölgəsinə çıxmaq, Gəncəylə həmsərhəd olmaq üçün tarixi fürsət yaranar”.

P.S. Aruş Aruşyan 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusuna qarşı döyüşənlərdən biridir. Xəstə təxəyyüllü adamlardan biridir. Bu xəstələr bunca məğlubiyyətə rəğmən, yenə də həyasızcasına Kür Araz ovalığından, Gəncədən dəm vururlar. Özü də “rus qardaşlarına” arxalanaraq. Bu bədbəxtlər hələ də anlamırlar ki, 90-cı illərin əvvəlində rusların köməyi ilə müvəqqəti olaraq Qarabağı və onun ətrafını işğal etməyə nail olmuşdular. Amma dövran dəyişib, indi Ermənistanın özünün müqəddəratı sual altındadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button