ManşetMedia

Həbsdə olan baş redaktor: “Vüqar Əliyev mənə dedi ki, əgər onların dediklərini etməsəm, aqibətim yaxşı olmayacaq” ”

Hazırda həbsdə olan jurnalist, NİA.AZ saytının baş redaktoru Bəhruz Əliyev redaksiyamıza müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, o, həbsinin detallarını açıqlayıb.

Bəhruz Əliyev bildirir ki, onun həbsinə səbəb SOCAR-ın rəhbəri Rövnəq Abdullayev və onun yaxın qohumu Anar Əliyevdən yazdığı yazılardır. Onun sözlərinə görə, məhz bu yazılarından sonra dəfələrlə müxtəlif məmurlar tərəfindən həbslə hədələnib. “Məni təhdid edənlər prezidentin keçmiş köməkçisi,Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, administrasiyasının məsul işçisi Vüqar Əliyev, həmçinin administrasiyasının digər məsul işçisi, KİVDF-nin sektor müdiri Cəmaləddin Quliyev olub”.

Baş redaktor müraciətində qeyd edir ki, hələ 2017-ci ildə Cəmaləddin Quliyev ona zəng edərək, NİA.AZ saytında SOCAR-la bağlı tənqidi yazıları iki saat ərzində silməyəcəyi təqdirdə, saytın bloklanacağını deyib. “Özümü isə prokurorluğa çağırlacağımla hədələdi. Bildirim ki, bu danışığımız mobil telefonumda qeydə alınıb və səs yazısı formasında bu gün də qalır. Digər səs yazısını isə özümün Facebook səhifəmdə paylaşmışam. Onu da deyim ki, adını çəkdiyim məmurların tələbini yerinə yetirmədiyimə görə, 2017-ci ilin oktaybr ayından etibarən rəhbəri olduğum saytın Azərbaycan üzərindən yayımı dayandırılıb”.

Bəhruz Əliyev bildirir ki, həmin vaxt tənqidi yazılarına davam edərək, nia24.az saytını təsis edib. “2018-ci ilin mart ayında Vüqar Əliyevin dəvəti ilə Prezident Administrasiyasınına, onunla görüşməyə getdim. Vuqar Əliyev mənə bildirdi ki, nia.az saytın blokdan çıxarılacaq, amma onların dediklərini eşitməsəm, məni yaxşı aqibət gözləmədiyi barədə də xəbərdarlıq etdi. Bu görüşdən bir müddət sonra məni prokurorluğa dəvət etdilər və getdim. Orada mənə vəzifəli şəxslərə tətbiq olunan 311.3.2-ci maddə ilə cinayət işinin açıldığını bildirib, həbs etdilər”.

Bəhruz Əliyev bildirir ki, onun həbsi sifarişli və qeyri-qanunidir. Baş redaktor hal hazırda haqsız yerə həbsdə saxlandığını, onunla bağlı məsələnin araşdırılmasını istəyir. Eyni zamanda, ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu və tez bir zamanda azadlığa buraxılmasını deyir.

Qeyd edək ki, hazırda Azərbaycan çoxlu sayda media təmsilçisi əsasız olaraq həbsdədir. Bəhruz Əliyev də onlardan biridir. Elə bu səbəbdən də o, siyasi məhbus kateqoriyasına daxil edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button