ManşetÖlkə içi

Hərbçilərimiz Şuşadakı erməni tankının üzərindəki “bayrağ”ın şəklini sildilər – FOTO

Məlum olduğu kimi, Şuşa şəhərinin yaxınlığında erməni tankının “abidəsi” var. JAMAZ.İNFO xəbər verir ki, həmin tank Şuşa işğal olunan gün şəhərə girən ilk texnika olduğu üçün ermənilər onu “abidələşdirib”lər.

Qeyd edək ki, Vətən Müharibəsi zamanı Şuşa şəhəri işğaldan azad edilsə də, tankın yerləşdiyi ərazi ermənilərdə qalmışdı. Onun üzərində isə Qarabağdakı separatçıların əski parçasının şəkili əks olunmuşdu. Dünən Azərbaycan hərbçiləri nümayişkaranə şəkildə həmin tankın yanına gedərək, onun üzərində əks olunmuş əski parçasının şəklini siliblər. Və xərbərdarlıq ediblər ki, bir daha belə hal yaşanmasın.

Ermənistan parlamentinin üzvü Tiqran Abramyan bu barədə deyib ki, hadisənin Azərbaycan hərbçiləri tərəfindən törədilməsi şübhəsizdir. Onun sözlərinə görə, bu hadisə baş verən zaman orada olan ermənilərin reaksiya verməməsinə təəccüb edir. “Aydın məsələdir ki, bu işi Azərbaycan hərbçiləri görüblər. Onların yerləşdiyi postla tank arasında məsafə heç də çox deyil. Sadəcə, mənə maraqlıdır ki, bu addımı atarkən orada olan erməni əsgərlər niyə reaksiya verməyiblər”.

Abramyan deyib ki, Azərbaycan əsgərinin bu hərəkəti Qarabağda yaşayan erməniləri təhqir etməkdir. “Bu həm də Qarabağlın təhlükəsizliyinin zəifliyini göstərir. Çünki hadisə Xankəndi-Şuşa yolunun üstündə, erməni hərbçilərinin gözü qarşısında baş verib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button