GündəmManşet

Hərbçilərimiz üçün Qara göl ətrafında hərbi kazarma inşa edilir

Xəbər verildiyi kimi, Azərbaycan Ordusu mayın 12-dən etibarən Laçın rayonunun Qara göl ərazisində dövlət sərhəddlərimizi bərpa edib. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxtdan bəri bölgədə olan hərbçilərimiz ermənilərin dövlət sərhhədimizi pozmaq cəhdlərinin bir neçə dəfə qarşısını alıb.

Bildirək ki, bu proses zamanı bir neçə dəfə hərbçilər arasında insidentlər də baş verib. Lakin Azərbaycan hərbçilərinin səbr nümayiş etdirməsi və təxribata uymaması səbəbindən silahlı toqquşmalar baş verməyib.

JAMAZ.İNFO xəbər verir ki, Qqara göl və Ermənistanla sərhəddimizdə yerləşmiş hərbçilərimizə ərzaq və digər ləvazimatların çatdırılmasını asanlaşdırmaq, habelə əsgərlərimizin qalması üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə Ermənistanla sərhəddə bir sıra işlərin görüldüyü deyilir. Məlumata görə, artıq Qara göl yaxınlığına piyada və avtomobillərin rahat hərəkət etməsi üçün ilk torpaq yol çəkilib. Bundan başqa, dünəndən etibarən ərazidə əsgərlərimizin yerləşməsi üçün hərbi kazarmanın inşasına da start verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button