GündəmManşet

Hadrutda antiterror əməliyyatı: 10-dan çox erməni əsgəri məhv edilib

Xəbər verildiyi kimi, ötən gün işğaldan azad edilmiş Hadrut qəsəbəsi ətrafında erməni terrorçuları Azərbaycan əsgərlərinə hücum edib. JAMAZ.İNFO xəbər verir ki, hücum zamanı bir azərbaycanlı hərbçi yaralanıb.

Hadrutdan gələn xəbərlərdən belə başa düşülür ki, yaxınlıqda yerləşən meşələrdə xeyli sayda erməni diversantları yerləşib və onlar əlverişli imkan tapan kimi, ordumuzun əsgərlərinə hücumlar təşkil edirlər. Belə ki, üç gün əvvəl Masallı rayonu, Yolağac kəndindən olan Raqib Əzizov Hadrut yaxınlığında erməni snayperi tərəfindən vurularaq, Şəhid olub. Dünən baş verən hadisə isə bu ərazilərdə erməni terrorçularının daha geniş miqyasda təxribatlara çalışdıqlarını göstərir.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumatlarda deyilir ki, baş verənlərdən sonra ərazidə təcili antiterror əməliyyatına start verilib. Hərbi mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, dünən günorta saatlarından etibarən həyata keçirilən antiterror əməliyyatı nəticəsində Hadrut meşələrində 10-dan çox erməni yaraqlısı aşkarlanıb. Qeyd edilir ki, müqavimət göstərən düşmən qüvvəsi əsgərlərimiz tərəfindən məhv edilib.

Xatırladaq ki, Müdafiə Nazirliyi baş verənlərlə bağlı hər hansı bir açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button