ManşetÖlkə içi

İcra başçısı Şəhid anasının evini başına uçurtdu: “3000 manat ver, sökməyim”- FOTO

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının evini uçurdub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Şəhidin anası Mehriban Abdurahmanlı məlumat verib.

O bildirib ki, oğlu Şəhid olandan sonra vətəndaşlardan biri ona torpaq sahəsi bağışlayıb. O da daxması olsun deyə, həmin torpağın üzərində ev tikib. “Oğlum Şəhid olandan sonra vətəndaşlardan biri mənə torpaq vermişdi, mən də başımı salmağa bir daxma tikmişdim. Sabunçunun icra başçısı Adil Vəliyev mənə dedi ki, “tiksən sökəcəyəm, 3 min ver sökməyim”. Bu gün gəlib evimi başıma uçurtdular. Ay prezident, hara baxırsan?”

Sabunçu rayon icra başçısı Adil Vəliyev də mətbuata bununla bağlı açıqlama verib. O iddia edib ki, Şəhid anası dələduzların toruna düşüb: “Şəhidimizin anası Mehriban Əbdülrəhmanova hansısa dələduzun toruna düşüb. Mənə verilən məlumata görə, həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, o köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşaası dayandırılıb. O şəxs də Şəhid ailəsi adından istifadə edərək, tikintini başa çatdırmaq istəyir. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.
Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Cənab Prezident onlara hər cür qayğı göstərir. M. Əbdülrəhmanovaya Ramanı qəsəbəsində ev verilib. Ona yardımlar edilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button