AraşdırmaManşet

İki gəncin taleyi necə məhv edilir? – II YAZI

Ötən yazımızda Xətai rayonu ərazisində baş vermiş dava-dalaşın elə həmin rayonun prokurorluğu tərəfindən qəsdən adam öldürmə maddəsi ilə cinayət işinin açılması, iki gəncin əsassız yerə və araşdırılmadan məhv edilməsi barədə yazmışdıq. JAMAZ.İNFO xəbər verir ki, həmin olaydan bir xeyli sonra ürək çatışmazlığından ölən Bağır Piriyevin ölümünü Kənan və Ramil Ağayevin üzərinə yıxılması üzrə məhkəmə prosesi də başa çatıb və Kənan Ağayevə “qəsdən adam öldürmə” ittihamı ilə 12 il həbs cəzası kəsilib.

Qeyd edək ki, məlum hadisənin təhrif olunması, istintaqın birtərəfli aparılması, habelə Ağır Cinayətlərə Dair Məhkəmədə işin hallarının araşdırılmaması mahiyyət etibarı ilə ölkədə ədalətin və ədalətli məhkəmənin olmamasını bir daha ortaya qoyur. Halbuki Kənan Ağayevin vəkilləri çoxsaylı vəsatətlə çıxış edərək, dava-dalaşda iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməməsi, Bağır Piriyevin ölümünün dəqiq səbəbinin araşdırılmamasını, habelə Kənan və Ramil Ağayevlərin döyülmə faktlarını gözardı etmələri, istintaqa yalançı ifadələrin verilməsinin dəqiqləşdirilməməsi, o cümlədən bir çox dəlil və sübutların saxtalaşdırılmasına rəğmən məhkəmənin ədalətsiz davranışı nə başa düşüləndir, nə də qəbul edilən.

Ötən yazımızda məhkəmənin bir çox halları araşdırmaması haqqında yazmışdıq. Onların bəziləri haqqında bilgi də vermişdik. Bu yazımızda isə Kənan və Ramil Ağayevlərin atası, habelə vəkil kimi fəaliyyət göstərən, lakin qanunsuz olaraq öv övladlarının vəkili olaraq çıxış etməsinə imkan verməyən Akif Ağayevin dilindən prosesi izah etməyə çalışacağıq.

Akif Ağayev bildirir ki, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən Kənan Ağayevin 6 aydan sonra , yəni 11.03.2020-ci il tarixdə Rəhman Əliyevlə və Məhəbbət Feyziyelə hansı səbəbdən üzləşdirilməsi barədə istintaq hərəkətini araşdırmayıb , həmin faktı tədqiq etməyib və ona hüquqi qiymət verməyib. “Bundan başqa, hakimlər məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən Orxan Niftullayevin 6 aydan sonra Rəhman Əliyevlə və Məhəbbət Feyziyevlə hansı səbəbdən üzləşdirilməsi barədə istintaq hərəkətini də araşdırmayıb və ona hüquqi qiymət verməyib”.

Akif Ağayev qeyd edir ki, məhkəmə mühüm əhəmiyyət kəsb edən digər halları da araşdırmayıb. Məsələn, Bakı İstintaq Təcridxanasının 17.03.2020-ci il tarixli 17/38-2427 saylı məktubunu sübut kimi araşdırmayıb, həmin məktubu sübut kimi tədqiq etməyib və ona hüquqi qiymət verməyb. “Belə ki, bu məktubla ekspertlərdən biri-Hafiz Kazımov müstəntiq-Məhərrəm Əzizbəyovla Bakı İstintaq Təcridxanasına getməsi təsdiqlənir. Nəticədə isə , Bakı İstintaq Təcridxanasına getmiş ekspert-Hafiz Kazımovla Bakı İstintaq Təcridxanasına getməmiş digər ekspertlər-Əmralı Yusifov və Seyfulla İskəndərovla birlikdə qanunun tələbini kobud şəkildə pozaraq , saxta , habelə sifarişli T50/50 saylı 13.02.2020-ci il tarixli Təkrar məhkəmə-tibbi ekspert rəyini təsdiq ediblər.

Eyni zamanda, AR SN-nin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinin eksperti Quliyev Ariz Adil oğlu, həmin Birliyin Təkrar Ekspertizalar Şöbəsinin ekspertləri-Kazımov Hafiz, Yusifov Əmralı və İskəndərov Seyfulla əlavə şahid qismində dindirilməsi barədə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib, bu vəsatətləri araşdırmayıb və onlara hüquqi qiymət verməyib”.

Yəni, bütün bunlar onu deməyə əsas verir ki, işin əvvəlindən sonuna kimi, ekspertləri saxta rəylər verməklə kifayətləniblər. Üstəlik, onların saxtakarlıqlarına məhəkəm də şərik olub. Təqsirləndirilən Ağayev qardaşlarının atası bildirir ki, hazırki cinayət hadisəsinin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə 25.09.2019-10.10.2019-cu il tarixlərdə Piriyev Bəhruz Bağman oğlunun istifadəsində olan 050 310 89 36 , 070 310-89 36 , 055 306 77 66 , 050 290 08 36 saylı nömrələrindən , Piriyev Filman Bəhruz oğlunun istifadəsində olan 055 222 29 70 , 070 222 29 70 , 055 700 93 77 , 070 350 14 00 , 070 288 93 77 , 050 250 70 66 , 055 388 81 86 , 050 290 08 38 , 061 994 77 49 , +995 794 04 655 saylı nömrələrindən, Əliyev Rəhman Elşən oğlunun istifadəsində olan 051 755 60 72 , 050 632 65 96 , 050 290 08 09 saylı nömrələrindən, İsmayılov Fərhad Bayramquli oğlunun istifadəsində olan 050 771 72 62 saylı nömrəsindən, Feyziyev Məhəbbət Yusif oğlunun istifadəsində olan 051 630 66 34 saylı nömrəsindən anten dairələri göstərilməklə mobil telefon danışıqlarından çıxarışlar və SMS-lərin əldə edilməsi barədə müvafiq sorğu ilə aidiyyəti təşkilatlara müraciət edilməsinə dair müdafiə tərəfinin vəsatətlərini təmin etməyib, bu vəsatətləri tədqiq etməyib və onlara hüquqi qiymət verməmişdir.

Aakif Ağayev deyir ki, adları çəkilən şəxslərin anten dairələri göstərilməklə mobil telefon danışıqlarından çıxarışların əldə edilməsi barədə vəsatətlər həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təmin edilməsini aşağıdakı arqumentlərə görə zəruri hesab edir: “Əvvəla, Ramil Ağayevə qarşı zorakılıqda iştirak etməməsi barədə həm ibtidai, həm də məhkəmə istintaqı zamanı Əliyev Rəhman Elşən oğlunun məhkəməyə bilə-bilə yalan ifadə verməsi faktı təsdiqlənir. Bundan əlavə , Bəhruz və Filman Piriyevlərin mərhum Bağır Piriyevlə düşmən münasibətdə olmaları, sonuncunun dövlət əmlakını necə mənimsəmələri barədə həmin şəxslərdən müxtəlif dövlət və hüquq-mühafizə orqanlarına dəfələrlə şikayət ərizələri ilə müraciət etməsini nəzərə alaraq, mərhum Bağır Piriyevin 3 saylı ŞKX-da olarkən, həmin şəxslərin harada olmaları barədə məlumatın əldə edilməsi vacibdir. Həm ibtidai, həm də məhkəmə istintaqı zamanı Filman və Bilman Piriyevlər əmiləri Bağır Piriyevə görə 3 saylı ŞKX-a getmələri barədə ifadə veriblər. Lakin onların Bağır Piriyevin ölümünə kimi və ya ölümündən sonra həmin xəstəxanada olmaları faktı nə ibtidai, nə də məhkəmə istintaqı zamanı tədqiq edildi. Filman və Bilman Piriyevlər 3 saylı ŞKX-da əmiləri Bağır Piriyevlə görüşdülərmi , onu hansı həkimlər, harada müayinə və müalicə etmələrini müəyyən etdilərmi, ona kömək etdilərmi, müsbət halda nə kimi köməklik göstərdilər və s. hallar nə ibtidai, nə də məhkəmə istintaqı zamanı araşdırılmadı. Buna baxmayaraq , əmisi Bağır Piriyev can hayında olan zaman həmin xəstəxanada Filman Piriyev yalandan qoluna qips qoydurmağa vaxt tapıb. Bu faktlardan belə bir qənaətə gəlmək olur ki , Filman Piriyev həmin xəstəxanada kimlərisə yaxşı tanıyır, hətta qoluna yalandan qips qoydura da bilir. Bəhruz Piriyev isə həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrə görə, o, həmin anda Bakı şəhərində olmayıb və bu faktlar cinayət təqibi orqanları tərəfindən müəyyən edilməyibr. Bu və ya digər müəmmalı məqamlara aydınlıq gətirilməsi üçün yuxaraıda adları çəkilən şəxslərin həm gün saat 12:30-dan 13:30-a kimi harada olmaları barədə məlumat mütləq əldə edilməli idi. Lakin buna əhəmiyyət belə verilmədi”.

 

ANONS:

– Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxov və Xətai rayonun sabiq prokuroru Yusif İldırımzadənin iki gəncin həyatını məhv etmək üçün çalışmasında nə maraqları olub?

– Kənan Ağayev və Ramil Ağayevin döyülməsi, çoxlu sayda xəsarətlər alması, hücumun məhz onlara edilməsinə rəğmən, nə istintaq, nə də məhkəminin bunu görməzdən gəlməsi nə ilə bağlıdır?

– Bağır Piriyevin xəstəxanada müəmmalı şəkildə ölməsi faktı niyə araşdırlmayıb?

– Dəlil və sübutların saxtalaşdırılmasında məqsəd nə olub?

– Akif Ağayevin vəkil kimi öz övladlarını müdafiə etməkdən məhrum edilməsi kimə və niyə lazım olub?

– Təkrar ekspertizalardan niyə imtina edilib?

Bu və digər suallara növbəti yazımızda aydınlıq gətirəcəyik. Bizi izləyin…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button