ManşetSiyasət

İl sonuna kimi daha bir Əliyev-Paşinyan görüş gözlənilir: Bu dəfə nazirlər də iştirak edəcəklər

Bu ilin 26 noyabrında Soçidə, 15 dekabrda isə Brüsseldə bir araya gələn Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş gözlənilir. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Ermənistanda nəşr olunan “Past” qəzeti çıxış edib.

Qəzet yazır ki, həmin məlumatı Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə ediblər. “Əliyev-Paşinyan görüşü bu ilin sonuncu görüşü olmaya bilər. Ermənistan XİN-dəki mənbələrdən aldığımız məlumata görə, daha bir görüş il sonuna nəzərdə tutulub. Həmin görüş isə Moskvada keçiriləcək”.

Qəzet iddia edir ki, bu görüş baş tutarsa, yekun olacaq və bir sıra ciddi sənədlərin imzalanması ilə yekunlaşacaq. “İlkin məlumata görə, yeni görüş geniş tərkibdə olacaq. Dövlət başçılarından əlavə, üçtərəfli komissiyanın üzvləri, baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev, habelə müdafiə  və xarici işlər nazirləri iştirak edəcəklər”.

“Fakt” yazır ki, hələlik görüşlə bağlı rəsmi göstərişlər olmasa da, lüzumsuz fərziyyə və sualların qarşısını almaq üçün görüşə cəmi bir-iki gün qalmış elan ediləcəyi istisna edilmir. “Mənbəmiz deyir ki, bütün təfərrüatlar tam dəqiqləşməyib. Hazırda sənədlər üzərində iş gedir. Dəqiqləşdikdən sonra açıqlama veriləcək”.

Qeyd edək ki, Azərbaycan tərəfi bu barədə hər hansı bir açıqlama verməyib. Üstəlik, belə bir məsələnin gündəmdə olduğu da diqqəti çəkmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button