GündəmManşet

İlqar İbrahimoğlunun saxlanıldığı deyilir

DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər “Cümə” məscdinin imam-camaatı, həftəlik “Dəyərlər” qəzetinin və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının baş redaktoru İlqar İbrahimoğlu hüququ mühafizə orqanları tərəfindən saxlanıldığı xəbəri yayılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Lakin onun konkret olaraq hansı qurum tərəfindən saxlanıldığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, hüquq mühafizə orqanlıarı tərəfindən dəvət edilməsi barədə ilk xəbəri İlqar İbrahimoğlu özü yayıb. O, Facebookdakı hesabından videogörüntülü müraciət edərək, hüququ mühafizə orqaları tərəfindən dəvət edildiyini, bir müddət əvvəl isə evinə gəldiklərini və onu axtardıqlarını bildirib. Lakin İbrahimoğlıu da onun hansı qurum tərəfindən və hansı səbəbdən çağırıldığı barədə bilgi verməyib. Üstəlik, o, hüquqularını qorumaq üçün tanınmış vəkillər Xalid Bağırov və Cavad Cavadovdan xahiş edib.

Hazırda onunla əlaqə qurmaq mümkün deyil. Belə ki, tanınmış dindarın mobil telefonuna zəng çatmadığı bildirilir.

https://m.facebook.com/story.php?story_fbid=4418573578218514&id=100044655432439

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button