ManşetSiyasət

İrəvan Bakıya hansı təklifləri göndərib?

Azərbaycan və Ermənistan arasında son zamanlar sülh danışıqları, sərhədlərin müəyyən edilməsi istiqamətində bir sıra addımlar atılır. Brüssel razılaşmasından sonra sərhədlərin delmitasiya və demarkasiyası ilə əlaqədar Birgə Komissiyanın yaradılması, Azərbaycan və Ermənistanın XİN başçılarının vasitəçisiz telefon danışıqları həyata keçirmələri müəyyən müsbət addımlar kimi xarakterizə olunandır.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına başlamaq və bunu sazişə çevirmək niyyətində olduğunu hələ xeyli əvvəl açıqlayıb. Bununla əlaqədar İrəvana 5 bənddən ibarət təkliflərini də göndərib. Həmin təkliflərdə əsas vurğu iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh sazişinin imzalanması və sərhədlərin müəyyən edilməsi məsələri üzərinə qoyulub.

Dünən isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, onlar da Bakıya təkliflər göndəriblər. 6 bənddən ibarət təkliflərdə nələrdən bəhs edildiyi barədə hər hansı açıqlama verilməyib. Lakin Qriqoryanın dediklərinən belə başa düşmək mümkündür ki, Bakının 5 təklifinə razıdırlar və özlərinin təqdim etdikləri 6 təklif də həmin 5 bənddən ciddi fərqlənmir və onların birləşdirilərək, vahid şəkilə salınmasını və onların üzərindən danışıqların aparılmasını istəyirlər.

İrəvanın Bakıya göndərdiyi təkliflərdə nələr əksini tapa bilər? Erməni tərəfi bu barədə konkret açıqlama verməsə də, onların göndərə biləcəyi təklifləri təxmin etmək mümkündür. Məsələn, Ermənistan da ərazi bütövlüyünün tanınması və sərhəddin müəyyən edilməsi məsələsini təklif edib. Çünki prinsip etibarı ilə onlar buna etiraz etmədiklərini bəyan ediblər. Burada sərhədlərin müəyyənləşməsi məsələsində belə təklif irəli sürə bilərlər ki, “qoşunları güzgülü geri çəkilmə etsinlər”. Bu, Paşinyanın çoxdankı təklifidir. O hesab edir ki, hər iki tərəfədn qoşunlar geri çəkilsin və ondan sonra sərhədlər müəyyən edilsin.

Digər təklif isə şübhəsiz ki, Qarabağla bağlıdır. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan əvvəlcə status məsələsini önə çəkirdisə, Brüssel görüşündən sonra bu iddiasından vaz keçməyə başlayıb. Onlar Qarabağın statusu məsələsini sonra da müzakirə edə biləcəklərini bəyan ediblər. Lakin ona qədər Azərbaycandan Qarabağda yaşayan ermənilərin hüquqularını tanınması və onların təhlüksəziliyinin təmin edilməsi üçün təminat istəyirlər. Aydın məsələdir ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyi də digər vətəndaşlarımız kimi təmin olunacaq.

Amma həmin təkliflərdə hiyləli gedişlərin ola biləcəyi də şübhə doğrumur. Erməni ola, biclik etməyə, söz altında söz gizlətməyə, inandırcı deyil. Məsələn, anklavlar məsələsi təkliflərdən biri ola bilər. Ermənilər Başkəndin müqabilində Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndini istəyə bilərlər. Qriqoryan da son açıqlamasında deyib ki, guya, Başkəndin ərazisi ilə həmin anklavların əraziləri eynidir və bu səbəbdə də tərəflər məsələdə anlaşa bilərlər. Yəni, anklavlar Ermənistanda qalır, Başkənddə Azərbaycanda. Lakin Bakının bu varianta gedəcəyi bir qədər inandırcı görünmür. Ola bilər Qazaxın 7 kəndi məsələsində razılaşa bilərlər. Lakin Kərki məsələsində bu qeyri-mümkün görünür. Çünki Kərkiyə nəzarət olduqca əhəmiyyətli məsələdir.

Və ya qoşunların güzgülü çəkilməsi məsələsi. Bu Azərbaycan Ordusunun hakim olduğu yüksəkliklərdən geri çəkilməsi, bir çox üstünlükləri əldən verməsi deməkdir. Böyük əziyyət və çətinliklə sahib olduğumuz və strateji əhəmiyyət daşıyan həmin mövqelərdən geri çəkilmək, o deməkdir ki, bütün zəhmətimiz hədər gedəcək və üstünlük ruslara və ermənilərə keçəcək.

Bir sözlə, Ermənistanın Azərbaycana göndərdiyi 6 bəndlik təkliflərdə əsas vurğu Qarabağ deyil, sərhədlərin müəyyən edilməsi və təhlükəsizlik üçün təminatlardan ibarətdir. Digər məsələlər, kommunikasiyaların açılması, diplomatik əlaqələrin bərpası və bu qəbildən olan məsələlər isə sonrakı raund üçün nəzərdə tutulub və ikinci dərəcəli hesab olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button