ManşetSiyasət

İrəvan meri Xankəndini “erməni paytaxtı” adlandırdı: Marutyanın Qarabağ səfərinə Bakı susacaqmı?

Ermənistan rəsmilərinin mütəmadi olaraq Xankəndinə səfər etdiyi sirr deyil. İndiyə qədər Ermənistanın baş naziri Nikol Paşinyandan başqa, demək olar ki, bütün rəsmi şəxslərin Qarabağa gəldiyi dəqiqdir. Rəsmi Bakı isə bu prosesə yalnız bir dəfə etiraz edib. Daha sonra isə bu etirazlardan da xəbər olmayıb.

JAMAZ.İNFO xəbər verir ki, bu gün isə İrəvanın meri Ayk Marutyan Xankəndinə səfər edib və orada erməni terrorçularının rəhbəri Arayik Arutyunyanla görüşüb. Görüşdə həmçinin Xankəndinin “meri” David Sarkisyan da iştirak edib. Görüş barədə yayılmış rəsmi məlumatı olduğu kimi təqdim edirik: “Görüşdə iki erməni paytaxtı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub”.

P.S. Görünən və bilinən odur ki, ermənilər sakit oturmaq, geri çəkilmək və Azərbaycanın tərkibində yaşamaq fikrindən çox uzaqdırlar. Üstəlik, həyasızcasına Xankəndini “erməni paytaxtı” hesab etməkdə davam edirlər. Və bütün bunlara rəğmən, Azərbaycan tərəfi susur, heç bir etiraz etmir. Paralel olaraq rus sülhməramlılarının qarşısında qəti tələb qoyulmur ki, Bakının icazəsi olmadan Xankəndinə heç kim gedə bilməz.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button