ManşetÖlkə içi

İrəvan Qarabağ üçün əlavə təhlükəsizlik mexanizmi əldə etmək istəyir

“İrəvan Qarabağda əlavə təhlükəsizlik mexanizmləri əldə etmək istəyir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İTV-yə müsahibəsində Azərbaycanla sülh sazişinin imzalanması və Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi imkanlarından danışarkən deyib.

Qirqoryan öz mövqeyini noyabrın 10-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Qarabağla bağlı imzaladığı üçtərəfli bəyanatın nümunəsində göstərib. Onun sözlərinə görə, burada bəyanatın mətni təminat, sülhməramlıların olması isə təhlükəsizlik mexanizmidir.

O qeyd edib ki, beynəlxalq münasibətlərdə və dünya düzənində nəhəng dəyişikliklər baş verir və bu, regiondakı vəziyyətdə də özünü göstərir. “Fərrux nümunəsi bir daha təsdiqlədi ki, bizim region qlobal oyunçuların güclü təsiri altındadır. Biz isə Qarabağ üçün zəmanətlər və təhlükəsizlik mexanizmləri tapmağa çalışırıq. Və bu mexanizmlər təkcə razılaşmalar deyil, həm də mövcud imkanlar ola bilər. Məsələn, sülhməramlıların daimi qalması kimi”.

Təhlükəsizlik Şurasının katibi müəyyən həll yolları tapılana qədər sülhməramlıların uzun müddət Qarabağda yerləşdiriləcəyinə ümid etdiyini bildirib. Eyni zamanda, onun sözlərinə görə, Fərruxda baş verənlər göstərdi ki, mövcud mexanizmlər təhlükəsizliyi tam təmin etmək üçün yetərli deyil. “Biz Qarabağda təhlükəsizliyin təmin olunacağına dair əlavə təminatlar almaq istəyirik”.

“Bunun başqa ölkənin Silahlı Qüvvələrinin yerləşdirilməsini nəzərdə tuturmu” sualına Qriqoryan mənfi cavab verib. Onun sözlərinə görə, bu mexanizmlər danışıqların gedişində tapılmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button