GündəmManşet

İrəvanda metro işçisi Qarabağın əski parçasını cırdı

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində bir qrup gənc etiraz aksiyası keçirməyə cəhd göstərib. JAMAZ.İNFO xəbər verir ki, İrəvandakı metro stansiyalarından birinə daxil olan ermənilərlə həmin stansiyanın işçisi arasında insident yaşanıb.

Belə ki, erməni gənclər əllərində Qarabağaın əski parçasını tutaraq, onu vaqonlardan birindən asmağa çalışıblar. Lakin həmin “Yeritasardakan” stansiyanın işçisi onlara bu imkanı verməyib. O, erməni gənclərin əlindəki əski parçasını alaraq, onu cırıb. Sonra da yerə atıb.

Bbu vaxt aksiya keçirənlər metropolitenin işçisinə hücum etməyə çalışıblar. Ona “sən türksən” deyib, xain adlandırıblar. Cavabında isə metro işçisi onlara deyib: “Çox hünərlisiz? Belə ürəyiniz yanır Qarabağ üçün? O zaman gedin döyüşün”.

Qeyd edək ki, bu, İrəvanda qeydə alınan ilk hadisə deyil. Bundan əvvəl də dəfələrlə liftlərə, binaların bloklarına yapışdırılmış Qarabağaın əski parçaları cırılaraq, atılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button