GündəmManşet

İran Azərbaycan və Türkiyə ilə sərhədlərini bağladı: Gərginlik pik həddə

İranla Azərbaycan arasında son günlər münasibətlər gərginliyin pik həddinə çatıb. JAMAZ.İNFO xəbər verir ki, Xankəndinə Ermənistan üzərindən qeyri-qanunu yüklər daşıyan İran maşınlarının keçidinə qadağa qoyulandan sonra ortaya çıxan gərginlik, sonradan Tehranın sərt açıqlamaları ilə müşahidə olunmağa başladı.

Qeyd edək ki, İranın açıqlamaları son zamanlar artıq təhdid xarakteri daşımağa başlayıb. Ən üst səviyyələrdə ifadə olunan fikirlər, ardından sərhəddimizdə İranın hərbi təlimlər keçirməsi, rəsmi Bakının da sərt davranmasına səbəb olub. Belə ki, Azərbaycan prezident səviyyəsində Tehrana müxtəlif səpkili xəbərdarlıq edib və İrandan qonşuluq münasibətlərini korlamamasını istəyib.

Bildirək ki, hazırda durum daha ağır mərhələyə keçib. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, dünən axşam saatlarından etibarən İran tərəfi Azərbaycan və Türkiyə sərhədlərini tamamilə bağladığını bəyan edib. Həmin məlumatda rəsmi Tehran sərhədlərin bağlanmasının və gediş-gəlişin tamamilə dayandırlmasının səbəbi kimi, koronaviorus xəstələrinin çox olması ilə əlaqələndirib. Üstəlik, bu qadağa təyyarə uçuşlarına da şamil edilib. Sərhədlərin nə zaman açılacağı barədə isə heç bir məlumat yoxdur.

Aydın məsələdir ki, sərhədlərin bağlanmasının səbəbinin pandemiya ilə heç bir əlaqəsi yoxdur. Əgər belə bir hal olsaydı, yəni virusun İranda yayılması təhlükəsi yaşansaydı, proses bir neçə ay öncə baş verərdi. Çünki həmin vaxt həm Azərbaycan, həm də Türkiyədə yoluxma sayı çox yüksək idi.

Digər tərəfdən, İran yalnız Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlandığını elan edib. Digər qonşu dövlətlərə qarşı eyni addımı atmayıb. Eyni zamanda, oktaybrın 1-də rəsmi Tehran bəyan etmişdi ki, ölkədə peyvəndləmə prosesi 60 faizi keçdiyindən ölkəyə giriş-çıxışı sadələşdirmək qərarı verib. Həmin qərara əsasən, 23 oktyabr tarixindən Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün qonşu ölkələrdən pandemiyadan əvvəlkki qaydada şəxslərin İrana daxil olmasına qoyulan məhdudiyyət tam qaldırılacaq.

Bunun ardından belə bir addımın atılmasının pandemiya və ya yoluxma ilə əlaqəlli olmadığı dəqiq görünür. Bilinən odur ki, Tehran son zamanlar hərbi sahədə birləşən və vahid şəkildə hərəkət edən Azərbaycan və Türkiyə ilə gərginliyin yeni mərhələsinə qədəm qoymaq qərarı verib. Bu isə münasibətlərin mənfi mənada pik həddə çatmasından xəbər verir.

Son məlumatlara görə, İran tərəfi Türkiyədən öz ölkəsinə qayıdan vətəndaşlarının da keçidini dayandırıb. Hazırda Türkiyə-İran sərhəddində xeyli sayda iranlının qaldığı deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button