CəmiyyətManşet

İranda seçki marafonu: Rəisi “Azəricə” dedi, Mehralizadə “Azəri yoxdur, Türk var” cavabını verdi

İranda iyunun 18-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat marafonu start götürüb. Ötən gün dövlət televiziyasında çıxış edən prezidentliyə nazmizədlər arasındakı debatda maraqlı hadisələr yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, həmin maraqlı hadisələr İranda yaşayan Azərbaycan Türkləri və onun dili ilə bağlı olub.

Belə ki, İranda prezidentliyə namizəd olan SEPAH-ın keçmiş komandanı Möhsün Rezayi debatda “Yaşasın Aazərbaycan!” şüarı səsləndirib. Onun bu addımını İranda yaşayan Azərbaycan Türklərinin səslərini qazanmaq üçün olduğu qeyd edilir.

Əsas namizədlərdən biri olan ədliyyə naziri İbrahim Rəisi isə çıxışında ciddi səhvə yol verib. Belə ki, o, İranda azəricə danışanların onu dəstəklədiyini deyib. “İranda türklərin yaşadığı əyalətlərdən çoxlu sayda telefon zəngləri alıram. Onlar debatlarda mənə qarşı səsləndirilən etirazlara cavab olaraq, könlümü almağa çalışır və dəstək verdiklərini deyirlər. Türklərin yaşadığı əyalətlərdə Azəricə danışan dəyərli vətəndaşlarımız mənə böyük hörmət və məhəbbət göstərirlər. Göstərdikləri dəstək və məhəbbətdən dolayı onlara təşəkkür edirəm”.

JAMAZ.İNFO xəbər verir ki, Rəisinin bu sözlərindən sonra çıxış üçün icazə alan prezidentin keçmiş köməkçisi, İsfahanın sabiq valisi Möhsün Mehralızadə onun səhv etdiyini qeyd edib. “Hörmətli Rəisinin sözlərinə düzəliş verməsi lazımdır. Bayaq çıxışında “Azəricə danışanlar” dedi. Bizim Azəricə danışan vətəndaşımız yoxdur. Şərqi və Qərbi Azərbaycanda, Ərdəbil, Həmədan, Zəncan, Xorasani-Rrezevi, İsfahan, Şiraz, Xuzistan və digər yerlərdə yaçayan Türk dilində danışan vətəndaşlarımız var. Ona görə də, Rəisi Azəri sözünü işlədərkən çox diqqətli olmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button