Manşet

İranın XİN başçısı erməni həmkarının yanında Azərbaycanı hədələdi

Tehran şəhərində İranın xarici işlər naziri Əmir Abdullahiyanın erməni həmkarı Ararat Mirzoyanla görüşü keçirilib.

“Mehr” agentliyinin oktyabrın 4-də verdiyi məlumata görə, görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransında çıxış ediblər.

Çıxış zamanı A.Mirzoyan deyib ki, İran və Ermənistan arasındakı alternativ marşrutlar demək olar ki, istismara yaxındır.

Mirzoyan çıxışında Qarabağ münaqişəsinin tənzimlənməsinin Minsk razılaşmaları əsasında davam etdirilməli olduğunu bildirib. O həmçinin kommunikasiya məhdudiyyətlərinin qısa vaxtda aradan qaldırılmalı olduğunu vurğulayıb.

İranın XİN başçısı isə çıxışında yenə Cənubi Qafqazda “sionistlərin və terrorçuların” mövcudluğundan danışıb.

“Bizim regionumuz və şimaldakı qonşularımız bəzi bölgələrdə xüsusilə sionistlərin və terrorçuların mövcudluğuna görə ağır vəziyyətdədir. Biz ucadan bəyan edirik ki, xarici ölkələrin Ermənistan daxil olmaqla İranın qonşularına təsir göstərməsinə icazə verməyəcəyik. Bizim regionumuz heç bir halda əndazəsiz tələblərə dözməyəcək. Regionun problemləri region xalqlarının iştirakıyla xarici müdaxiləsiz baş tutmalıdır”, – deyə Abdullahiyan qeyd edib.

Mirzoyan isə iranlı həmkarına Ermənistanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkküb edib.

“Mən xarici işlər naziri Əmir Abdullahiyanı Qarabağla bağlı məlumatlandırmışam. Qarabağ müharibəsində digər ölkələrdən olan muzdlular döyüşüb.

Azərbaycan Respublikasının Ermənistanın rəsmi sərhədlərindəki və ərazilərindəki aqressiyası bölgədə sülh və əminamanlığın yaradılması cəhlərinə təhlükə yaradır. Biz İranın Ermənistanın ərazi bütövlüyünə yanaşmasını qiymətləndiririk”.

İran XİN başçısı sonda Ermənistanla olan razılaşmalar barədə danışıb: “Bu gün biz iqtisadiyyat, ticarət və turzimin bütün sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə etdik. Ticarət və Ermənistanın tranzit marşrutlarının istisması hər iki ölkənin maraqlarına cavab verən əsas məsələlərdəndir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button