GündəmManşet

İranlı deputat: “Əgər Azərbaycan problemi həll etməsə, bizim ordumuz edəcək”

“Bu gün İsrail, İranın təhlükəsizliyini və sülhü pozmaq üçün qərb bölgəmizdən istifadə edir. Şübhəsiz ki, silahlı qüvvələrimiz İsrailin təşkil etdiyi bu mərkəzi zərərsizləşdirə bilər. Bunu Azərbaycan, Ermənistan və Naxçıvan kimi qonşu ölkələrimiz də bilir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri İran parlamentinin deputatı, höccətülislam Əhməd Salek deyib.

O deyib ki, əgər qonşu ölkələrin hökumətləri İrana qarşı İsrail üçün lazımi zəmin yaratmaq istəsələr, bu sui-qəsdin qurbanı ilk olaraq özləri olacaqlar. “Əlbəttə ki, ordumuz  qətiyyətli hərəkət etməlidir və bunu vaxtında edəcək. Necə ki, İraqın Kürdüstan bölgəsində İŞİD -ə qarşı etdikləri kimi”.

Salek daha sonra qeyd edib ki, İranın silahlı qüvvələri bu gün təlimlərlə qonşu ölkələri xəbərdarlıq edir. “Biz bununla bölgədə sülh və təhlükəsizlik üçün çalışdığımızı deyir və xəbərdarlıq edirik. Təcavüz olacaqsa, ölkə dərhal cavab verəcək. Vəziyyətimiz elədir ki, təhlükəsizlik müqavilələri bağlamağa ehtiyac duymuruq”.

İranlı deputat sonda bölgə ölkələrinə xitabən bildirib ki, onlar lazım olan addımları ata bilərlər. “Region ölkələrinə xəbərdarlıq edirik ki, problemi özləri həll etsinlər. Əks təqdirdə, biz bunu həll etmək məcburiyyətində qalacağıq. Və bunu mütləq edəcəyik. Həm buna səlahiyyətimiz çatır, həm də yollarını bilirik”.

P.S. Bildirək ki, bu, iranlı deputat və səlahiyyət sahibləri tərəfindən Azərbaycana qarşı növbəti təhdiddir. Bundan öncə də İran generalları rəsmi Bakını təhdid edərək, “tədbir görəcəyik” demişdilər. Əhməd Salek isə işi bir qədər də irəli aparıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button