ManşetÖlkə içi

İşığı kəsilən sakin “Azərişıq”ın işçisinin maşınını idarənin qarşısında yandırdı – FOTO

“Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ)  insident baş verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, RETSİ-nin əməkdaşına məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini tərəfindən yandırılıb. 

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Avtomobil söndürülsə də, yarasız vəziyyətə düşüb.
Yaxınlıqdakı digər avtomobillər və RETSİ-nin binası yanğından mühafizə olunub.
İlkin məlumata görə, Lənkəran şəhər sakini sözügedən avtomobili yandırmasına səbəb işığa borucu olması olub. Belə ki, 42 BO 756 dövlət nömrə nişanlı avtomobilin sahibi, “Azərişıq” əməkdaşı borclu olan abunentin elektrik verilişini dayandırıb. Abonent isə qisas almaq üçün RETSİ-yə gəlib və işığını kəsən “Azərişıq” əməkdaşının avtomobilini yandırıb.
Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxs saxlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button