ManşetÖlkə içi

İsrail niyə Ermənistanı deyil, Azərbaycanı müttəfiq seçib? –ÜÇ VACİB AMİL

Rusiyada nəşr olunan “Svobodnaya Pressa” (“Azad Media”) qəzeti yeni bir iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, qəzetin yeni iddiası Ermənistanın Türkiyə, Azərbaycan və İsrailə qarşı Xəzər dənizi hövzəsi uğrunda mübarizə aparır.

İlk olaraq, qəzətin yazdıqlarına diqqət yetirək. “SVPRESSA” yazır ki, SSRİ dağıldıqdan sonra Ermənistan Xarici İşlər Nazirliyində İsraillə bağlı şöbə yaradılıb. Həmin şöbəyə isə ivrit dilində sərbəst danışan şəxslər işə götürülüb. “1991-ci ildən etibarən bir neçə il həmin şöbə fəaliyyət göstərib. Hətta tam bir ilə yaxın İrəvan İsraildən onlara telefonla zəng ediləcəyini və yəhudilərlə “1915-ci il soyqrımı” məsələsini müzakirə edəcəklərini, onlardan dəstək alacaqlarını gözləyiblər. Lakin İsraildən heç bir zəng edilir və şöbə fəaliyyətini dayandırır”.

Qəzet qeyd edir ki, problem təkcə bununla da bitmir. İkinci Qarabağ savaşında Ermənistan yenidən İisrailin dəstəyini qazanmaq üçün cəhdlər edir. Lakin müharibə zamanı aydın olur ki, Təl-Əviv Ermənistanın deyil, Azərbaycanın yanındadır. Üstəlik, bütün sahələrdə dəstəyini əsirgəməyib. İsrailli rəsmilərdən biri “SVPressa”ya açıqlamasında bunu belə izah edib:

“Bunu anlamaq elə də çətin deyil. Azərbaycanda İsrailin diqqətini çəkən üç mühüm strateji aktiv var. Onlardan biri Azərbaycan əhalisinin müsəlman olmasıdır. İkincisi, neftdir. Üçüncüsü isə Azərbaycanda minlərlə yəhudi yaşayır. Bunun qarşılığında Ermənistan nə təklif edə bilər? Ən yaxşı halda, bir neçə yüz nəfər yəhudidən başqa heç nə”.

Rus qəzeti yazır ki, Azərbaycanın bir üstünlüyü də Türkiyə ilə bütün sahələrdə həm aşkar, həm də gizli əlaqələrə malik olmasıdır. “Bu sırada bütün sahələri nəzərə almaq lazımdır. Xüsusən energetika sahəsidəki əməkdaşlığı ABŞ-dakı ən güclü yəhudi təşkilatları da dəstəkləyirlər. Hərçənd son illər Türkiyə ilə İsrailin münasibətləri pisləşib. Lakin Qarabağ savaşı göstərdir ki, onlar lazım olanda eyni sırada daya bilirlər”.

“SVPressa” yazır ki, İsrail və Türkiyənin aktiv dəstəyio sayəsində Azərbaycan Qarabağda qələbə əldə etdi. “Bu onu göstərir ki, Xəzər dənizi hövzəsiylə Böyük Yaxın Şərq arasında sıx tellər var və bu bağlılıqlar ciddi əhəmiyyət daşıyır. Eyni zamanda, regionda ittifaqların tez dağılan olması amili də Avrasiyada yeni şiddətli düşmənçiliklər üçün zəmin ola bilər. Ermənistan da bu bölgədə rol sahibi olmaq istəyir. Hazırda gedən savaş da bunun təzahürləridir”.

Qeyd edək ki, rus nəşri Ermənistan məsələsində bir xeyli şişirtmələrə yol verib. Ən azından ona görə ki, Ermənistan heç bir halda Xəzər hövzəsi uğrunda mübarizə aparacaq gücdə və imkanda deyil. Digər tərəfədən, Ermənistanın Orta Asiya maraqları elə dərin deyil. Düzdür, İrəvan arzulaya bilər ki, Orta Asiya nefti və qazı ölkəsindən keçsin. Lakin bunun üçün həlledici sözü Azərbaycanın dediyini də unutmaq lazım deyil.

Digər tərəfdən, Ermənistanın Yaxın Şərqlə bağlılığı daha qabarıqdır. Hazırda Suriya, İsrail, Livan və digər məntəqələrdə minlərlə erməninin yaşadığı sirr deyil. Bu, həm də ona dəlalət edir ki, ermənilər həmin ölkələrin siyasətlərində də vardırlar və İrəvana bu şəkildə dəstək verməkdədirlər. Ancaq bütün bunlar Ermənistanın Cənubi Qafqazda mühüm oyunçu olmaq imkanına sahib olması anlamına gələ bilməz. Həm çoğrafi, həm siyasi, həm də iqtisadi baxımdan belə bir gücünün olması da inkarolunmazdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button