ManşetMedia

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Xaçmaz Rayon Məhkəməsinin hakimi Anar Sadıqov jurnalist Cəmil Məmmədliyə hökm oxuyub. Hökmə görə jurnalist 1 il 6 ay islah işlər məşğul olmalı və qazancından 20 faiz dövlət hesabına köçürməlidir. Bu barədə JAMAZ.İNFO-ya Cəmil Məmmədlinin özü məlumat verib.
Jurnalist bildirib ki, hökmlə razı deyil. “Heç bir təqsirim yoxdur. Bəraət alana qədər mübarizəmi davam etdirəcəyəm”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Cəmil Məmmədli Qubanın icra başçısı Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsədiyini yazandan sonra ikinci onu məhkəməyə verib. İddia ötən il aprelin 2-də icraata götürülüb və məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button