ManşetMedia

Jurnalistləri Milli Məclisə buraxmadılar

Ötən gün Milli Məclisin Mətbuat xidməti tərəfindən bildirilib ki, son 48 saat ərzində verilmiş “COVİD 19”-a dair PSR testinin neqativ nəticəsini təsdiq edən sənədi və ya mobil telefonda SMS bildirişi olmadan dəvət olunmuş şəxslərin Milli Məclisin İnzibati binasına girişi qadağandır.  JAMAZ.İNFO xəbər verir ki, bu barədə Sfera.az saytı məlumat yayıb. 
Yəni media nümayəndələri parlamentin binasına daxil olmaq istəyirsə, mütləq şəkildə son iki günə aid koronavirus testinin mənfi nəticəsini göstərən sənəd təqdim etməlidir.
Deputatlar arasında keçirdiyimiz sorğu, eləcə də Milli Məclisin mətbuat xidmətindən aldığımız məlumata əsasən, bu qayda parlamentarilərə tətbiq olunmur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button