ManşetÖlkə içi

Kəlbəcər istiqamətində daha bir erməni əsgəri itkin düşüb

İki gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhəddində daha bir erməni əsgəri itkin düşüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, itkin düşən əsgər müddətdən artıq xidmət edən hərbçi olub. Onun Azərbaycanla sərhəddə qulluq etdiyi, iki gün əvvəl isə müəmmalı şəkildə itkin düşdüyü məlum olub.

Erməni tərəfi iddia edir ki, sözügedən hərbçi hava şəraitinin pis olması səbəbindən azaraq Azərbaycan tərəfinə keçə bilər. Hətta bununla bağlı rus sülhməramlılarına məlumat veridliyi də deyilir. Lakin rəsmi Bakı bu barədə hər hansı bir açıqlama verməyib.

Ermənistan Müdafiə Nazirliyi isə bununla bağlı sualı cavablandırmaqdan imtina edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button