GündəmManşet

Kəmaləddin Heydərovun “xas adamı” həbs olundu: Əbülfəz Məlikov “gömrük işi”nə görə saxlanıldı

Az öncə sosial şəbəkələrdə gömrükdə aparılan yoxlamalar nəticəsində daha bir həbs hadisəsinin gerçəkləşdiyinə dair məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumata görə, gömrükdə uzun illərdən bəri borkerliklə məşğul olan məşhurlardan biri, Əbülfəz Məlikov həbs olunub.

Onun barəsində Səbayel rayon Məhkəməsi 4 aylıq həbs qəti-imkan tədbiri seçib. Məlikovun konkret olaraq nədə ittiham edildiyi barədə isə məlumat verilmir.

Qeyd edək ki, Əbülfəz Məlikov gömrük işini mükəmməl şəkildə bilməklə yanaşı, bu sahədə əlavə qazancların necə əldə edilməsi, yeni qazanc yerlərinin yaradılması, habelə “qara pulların” hansı şəkildə “yuyulması”nın mahir ustalarından biri olub. Uzun illərdən bəridir gömrük sistemində monopoliyalardan tutmuş, işin təşkilinə qədər hər məsələdə ön planda olan və “Broker” MMC yaradaraq, bu adla böyük gəlirlər əldə edən Məlikov, əsasən FHN şefi Kəmaləddin Heydərovun ən yaxın adamı hesab olunurdu. Yayılan xəbərdlərdən də belə məlum olur ki, Məlikov gömrüyə kimin başçılıq etməsindən asılı olmayaraq, həmişə Heydərovun həmin qurumdakı toxunulmaz nümayəndəsi hesab edilib.

JAMAZ.İNFO-nun araşdırmalarına görə, uzun illərdən bəri yaratdığı “Broker” MMC-nin nəzarəti altında ölkəyə gətirilən mal və məhsullara istədiyi qiyməti qoyan, habelə gömrük rüsumları yığan Məlikov, milyonçular sırasında sayılır. Diri heyvan biznesindən tutmuş, pomidor, tərəvəz, habelə ət və ət məhsullarına qədər bütün sahələrdə pay sahibinə çevrilmiş bu adamın həbs edilməsinin səbəbi kimi, keçmiş gömrük şefi Səfər Mehdiyevlə şərikli biznes sahib olması göstərilir. Lakin bu, bir o qədər inandırıcı görünmür.

Belə ki, Əbülfəz Məlikov Səfər Mehdiyevlə şərikli biznes sahibi ola bilər. Çünki onun təkcə, Səfərlə deyil, bir çox məmurlarla ortaq biznesə malik olduğu sirr deyil. Amma onun Səfərlə şərikliyə görə, həbs olunması real deyil. Aydın məsələdir ki, istintaq orqanı “Broker” Əbülfəzin hansı gömrük maxinasiyaların əl atdığını asanlıqla aşkarlayıb. Çünki o, o qədər arxayın biri olub ki, hər hansı maxinasiyasını da gizlətməyib.

Ancaq bu həbsin nəticələri təkcə, Səfər Mehdiyevə deyil, Məlikovun əsas “patronu” Kəmaləddin Heydərova qədər uzana bilər. Çünki Əbülfəz Məlikov Kəmaləddin Heydərovun “xas adamı” sayılır.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button