ManşetSosial

Keçmiş icra başçısının oğlu Moskvada bina tikir – FOTOLAR

Mingəçevir və Zərdab Rayon İcra hakimiyyətlərinin keçmiş başçısı (2005-2019) Lütvəli Babayevin oğlu Babəli Babazadə atasının vəzifəsindən azad edilməsindən sonra biznesinin əsas hissəsini Rusiya paytaxtına köçürüb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı tanınmış araşdırmaçı journalist Cavanşir Həsənli yayıb.

O qeyd edib ki, Babəli Babazadə ötən il Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (ООО ЛИГА-СТРОЙ) 100 min rubl nizamnamə kapitalı ilə təsis edib. Onun sözlərinə görə, “Liqa-Stroy” Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb. Şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxsdir. “Lütvəli Babayevin oğlu atası Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsində olarkən Azərbaycanda “BLB” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ (açması Babəli Lütvəli Babazadə) təsis edib. Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət – “TOP POİNT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin dekabrında Lütvəli Babayevin ailə üzvlərindən RUBABƏ BABAYEVA NİZAMİ QIZININ adına təsis edilib.  Hər iki MMC akademik Mirəli Qaşqay küçəsi ev 63A, mənzil 26 ünvanında hüquqi qeydiyyatdadır”.

Cavanşir Həsənli xatırladıb ki, Babəli Babazadənin Binəqədi rayonunun 7-ci mikrorayon Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə 12 mərtəbəli bina da tikdirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button