ManşetSiyasət

Konstantin Zatulin sərsəmlədi: “Qarabağdakı abidələr albanlara deyil, ermənilərə məxsusdur”

“Azərbaycan müharibədə qalib gəlmədi, əksinə, yeni düşmənçilik üçün zəmin yaratdı”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Rusiya Dövlət Dumasının üzvü, MDB məsələləri üzrə nümayəndəsi Konstantin Zatulin verib.

O deyib ki, Bakıda keçirilən hərbi parad Azərbaycanın kimlə müttəfiq olduğunu təsdiqlədi. ““Bakıdakı parad Azərbaycanın əslində kimin müttəfiqi olduğu aydınlaşdırdı. Bu əvvəldən də məlum idi və bir çox cəhətləri ilə özünü göstırmişdi. Xüsusilə Bakı və Ankara Qafqazdakı siyasəti koordinasiya edir və birlikdə hərəkət edirlər. Moskvada Azərbaycan və Ermənistanın Rusiyaya eyni dərəcədə yaxın olduğu barədə açıqlamalar verildi. Əslində ölkənin yüksək rəhbərliyi bu ölkələr arasındakı fərqi başa düşür, lakin təbliğatçılar və tərcüməçilər bunu heç vaxt başa düşmədilər”.

Zatulinin iddiasına görə, Azərbaycan müharibədə qalib gəlməyib, əksinə, yeni düşmənçilim üçün zəmin yaradıb. “Azərbaycan bu müharibə ilə Rusiyaya xəbərdarlıq etdi. Ermənistan və ona simpatiya bəsləyən dövlətlər tərəfindən özünə nifrət formalaşdırdı. Müraciətlərin Fransa və Hollandiyada qəbul edilməsi təəccüblü deyil. Bu qələbə yenidən Türkiyəyə bumeranq effekti yarada bilər”.

Dumanın deputatı daha sonra Rusiyanın Qafqazdakı siyasətini gücləndirməsini tövsiyyə edir. Üstəlik, elə bir fikir səsləndirir ki, sanki Azərbaycan Ermənistanın ərazisini işğal etməyə hazırlaşırmış. ““Yalnız Rusiyanın işə qarışması Azərbaycanın hücumunun Ermənistana yayılmasının qarşısını aldı. Bütün bunlar Rusiyanın sülhməramlı əməliyyatına alternativ olmadığını söyləməyə imkan verir. Həmçinin Rusiyanın Qafqazdakı mövcudluğu gücləndirilməlidir. Strateji olaraq Azərbaycanı problemli bir ölkə kimi qəbul etmək lazımdır”.

Maraqlıdır ki, Zatulin bununla da kifayətlənməyərək, Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış etməyə davam edib. Üstəlik, tarixi saxtalaşdırmaqdan da əl çəkməyib. “Azərbaycanın Zəngəzur, Göycə və İrəvan haqqında dediklər maskalanmamış ərazi iddiasıdır. Azərbaycanın bu torpaqlarda məskunlaşma tarixini əsassız olaraq mənimsəməsi ilk dəfə deyil. Əslində azərbaycanlıların əcdadları orada XII əsrdə meydana çıxmışdılar. Lakin erməni tarixi abidələri əvvəllər Qarabağda idi. Buna baxmayaraq, Bakı onları alban adlandırır”.

P.S. Qeyd edək ki, Rusiya siyasi arenasında Azərbaycan əleyhinə çıxışları adi haldır. Uzun illərdir erməni lobbisinin təsiri altında olan rus siyasətçilər mütəmadi olaraq, Bakıya Zatulinsayağı hücumlar təşkil edirlər. Bu da həmin sərsəmləmələrdən və ermənilərin könlünü almaq üçün nəzərdə tutulmuş açıqlamalardan biridir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button