ManşetÖlkə içi

Kremlin təxribat mexanizmi işə düşüb: Qarabağda “rus mərkəzləri” yaradılır

Rusiya Qarabağda qalmaq imkanlarını önləmək üçün bütün vasitələrə baş vurur. Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz danışıqlar prosesinin başlaması, Avropanın təşəbbüsü ələ almaq üçün israrlı addımlar atması təbii ki, Rusiyanı narahat etməyə başlayıb. Elə bu səbəbdəndir ki, Qarabağda yerini möhkəmləndirmək üçün yeni bir vasitəyə baş vurmağa start verib.

JAMAZ.İNFO xəbər verir ki, Rusiya Qarabağda özündən bir “rus icması” yaradaraq, onun əliylə növbəti təxribatın əsasını qoyur. Hələ bir müddət əvvəl bir neçə nəfərdən, o cümlədən Rusiya dövlət dumasının üzvünün iştirakı ilə Xankəndidə bununla bağlı görüş də keçirilmişdi. Özünü Qarabağdakı “rus icması”nın rəhbəri kimi, təqdim edənlər bununla Kremlin tapşırığını yerinə yetirirdilər. Son günlər bu istiqamətdə atılan addımlar da təsdiq edir ki, Moskva təxribat etmədən dayanmaq fikirində deyil.

Qeyd edək ki, baş verənlər Qarabağdakı separatçıların da ürəyincədir. Çünki onlar rusun altına yıxılmaq üçün bütün imkanlarından istifadə edirlər. Bu şans isə əllərinə düşüb və ardından da addım atmağa başlayıblar.

JAMAZ.İNFO xəbər verir ki, bu gün Ağdərə şəhərində “Rus mərkəzi” adlı qondarma bir şey yaradıblar. Həmin “mərkəz”in açılmasının təşəbbüskarı separatçıların “səfiri” Masis Mailyandır. “Mərkəz” üçün ofisin inşasını isə Rusiya vətəndaşı olan Vaaqn Xaçatryan və Artur Arzumanyan maliyyə ayırıblar.

Sseparatçıların nümayəndəsi Seyran Karapetyan isə deyib ki, onlar Xankəndidə 7-14 yaşlı məktəblilər üçün ödənişsiz rus dili kursları təşkil etməyə start veriblər. O deyib ki, Rusiya mərkəzləri çoxşaxəli və çoxfunksiyalı olacaq. “Mərkəzlərdə rus dili kursları ilə yanaşı, iştirakçıları rus xalqının tarixi və mədəniyyəti ilə tanış etmək üçün müxtəlif qruplar təşkil olunacaq, həmçinin mədəni-kütləvi tədbirlərin təşkili nəzərdə tutulub”.

Gələn xəbərlərə görə, yaxın günlərdə Əsgəran və Xocavənd şəhərlərində də “rus mərkəzi”nin açılması planlaşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button