ManşetÖlkə içi

Laçın Dəhlizinin bir hissəsi bağlandı

Dünən gecə saatlarından etibarən yağan güclü qar Laçın Dəhlizinin bir hissəsində yolun bağlanmasına səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, Xankəndi-Şuşa-Laçın yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məlumata görə, yolun Turşsu kəndindən keçən hissəsində qar örtüyü avtomobillərin hərəkətini çətinləşdirib. Hazırda yolun açılması üçün təmizlik işlərinin görüldüyü bildirilir.

Bundan başqa, Ermənistan tərəfdən Laçın dəhlizinə çıxışda da yolların güclü qar yağması səbəbindən bağlandığı bildirilir. Belə ki,Zəngəzur- Sisyan avtomobil yoluna yük maşınlarının buraxılması dayandırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button