Manşet

Məktəb direktorunu işsiz qoyan, deputatı səfir edən səs yazıları

Günlərdir ki, mətbuatda Abid Şərifovun səs yazısı yayılan direktor bacısı qızı işdən çıxarılması müzakirə mövzusudur. 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığması ilə bağlı səs yazısı yayılandan sonra təhsil naziri Emin Əmrullayev onun işdən çıxarılması haqda əmr imzalayıb.

Maraqlıdır ki, cəmi 2 il əvvələ qədər Milli Məclisin deputatı olan Elmira Axundovanın da 8 milyonluq dələduzluq işindən dolayı səs yazısı yayılmışdı. Özü də, təkcə Elmira Axundovanın deyil, onun oğlu, “Amalya” qadın salonunun şəriki Həbib Axundovun da səs yazısı mətbuatın əsas mövzusuna çevirilmişdi.

Həbib Axundov 2 dəfə anasının səlahiyyətli nümayəndəsi olmuş Fərman Məmmədovdan külli miqdarda pul almış, sonradan isə geri qaytarmaqdan yayınmışdı. Elmira Axundova bu olaydan dolayı Fərman Məmmədovla dəfələrlə danışıb və ona acizanə şəkildə pulu qaytaracaqlarını deyirdi. Həbib Axundov da Fərman Məmmədova ilk vaxtlar pulu qaytaracağını deyir, vaxt istəyirdi.

Sonradan isə Elmira Axundova deputat blankında Fərman Məmmədovdan Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa müracət edərək Fərman Məmmədov barəsində ölçü götürülməsini tələb edən şikayətlər yazmağa başladı. Bu zaman Fərman Məmmədovun karına telefonundakı avtomatik səs yazma funksiyası gəlmişdi.

Elmira Axundovanın şikayəti əsasında MTN-ə aparılan Fərman Məmmədov orada Elmira Axundovanın, oğlunun səs yazılarının varlığını demiş, əslində cinayətin ona qarşı baş verdiyini isbatlamışdı. Məlum olmuşdu ki, deputatla oğlu Fərman Məmmədovu hüquq mühafizə orqanlarının əli ilə neytrallaşdırmaq üçün ondan əsassız olaraq şikayət ediblər. Bura qədər yazdıqlarımızın qayəsi də məhz budur ki, Elmira Axundovanın səs yazısı üzə çıxandan sonra bir çoxları onun eynən məktəb direktoru Ceyran Quliyevanın taleyini yaşayacağına əmin idi. Lakin belə olmadı.

Elmira Axundova dələduzluq işinə aid səs yazıları ortada ikən deputat mandatını qoruyub saxladı. Az keçmədi ki, Ukraynaya səfir göndərildi. İndi baş verənlərdən belə nəticə hasil olur ki, səs yazısı yayılan deputatın səfir olmaq şansı artır, məktəb direktorunun isə əksinə, ən azı Rayon Təhsil Şöbəsinin müdiri olmaq bir kənara, tutduğu postu itirə bilir.

Bu gün Ceyran Quliyevaya qarşı baş verənlər Elmira Axundovanın səs yazısı ortada ikən ədalətsizlik və ayrı-seçkiliyin təzahürüdür. Bu baxımdan Ceyran Quliyeva məhkəməyə müraciət edib məktəb direktoru vəzifəsinə geri qaytarılmasını tələb edə bilər. Üstəlik Təhsil Şöbələrindən birinə müdir postuna təyinatı üçün dava da aça bilər!

JAMAZ.info

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button