GündəmManşet

Metaxe Akopyan: “Üç ay ərzində Qarabağ Azərbaycana veriləcək”

Brüssel görüşündən sonra istər Ermənistan, istərsə də Qarabağdakı ermənilər ciddi şəkildə narahat olmağa başlayıbar. Onlar yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağını, ardından isə Xxankəndidə Azərbaycan bayrağının asılacağını bəyan edirlər. JAMAZ.İNFO xəbər verir ki, erməni müxalifətinin davamlı olaraq aksiyalar keçirməsi də bu isterika və qorxunun təzahürüdür.

Erməni müxalifəti yaxşı anlayır ki, əgər Qarabağ məsələsi həll olarsa, siyasi arenada onlara yer qalmayacaq. Uzun illərdi bu mövzu ətrafında etdikləri manipuliyasiya nəticəsində siyasi arenada qalan müxalifət, həmin imkan əldən çıxdıqdan sonra yeni heç nə təqdim edə bilməyəcəklərinin fərqindədirlər. Elə bu səbəbdəndir ki, bütün qüvvələrini səfərbərliyə alaraq, aksiyalara davam edirlər.

Düzdür, onları meydana çıxaran həm də Rusiyadır. Çünki Rusiya Qarabağ məsələsi həll olunduqdan sonra bölgədə qalmaq limitinin bitəcəyini bilir. Ona görə də, erməni müxalifətini qabağa verərək, onların əli ilə prosesi pozmağa çalışır.

Qarabağdakı separatçıların təlaşı isə daha çoxdur. Davamlı olaraq bəyanatlar verən, iclaslar keçirən separatçılar Azərbaycanın tərkibində olmaqdan imtina etdiklərini deyirlər. Lakin bütün bu cəhdlərin hər hansı faydası olmayacağını da yaxşı bilirlər. Bunu onların nümayəndələrinin verdikləri açıqlamalardan da aydın görmək olar. Ümidsizlik, qorxu və hər şeyi itirmək təhlükəsi fonunda verilən açıqlamalardan, həm də acizlik görünür.

JAMAZ.İNFO xəbər verir ki, Xankəndidə özünü “deputat” kimi təqdim edən Mextaxe Akopyan verdiyi son açıqlamasında təkcə separatçıların nümayəndəsi Arayik Harutyunyanı deyil, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanı da Qarabağı satmaqda ittiham edir. O deyir ki, bu gün Harutyunyanın verdiyi açıqlamalara ciddi yanaşmaq “uşaqlıq olardı”. “Paşinyan bu qərarları 2019-cu ildə Düşənbədə keçirdiyi görüş zamanı verib. Artıq baş vermiş və baş verən fəlakətli proseslər Düşənbədə əldə edilmiş razılaşmaların nəticəsidir”.

Onun sözlərinə görə, Qarabağ ermənilərinə yeni sövdələşmələrin mümkünsüzlüyü ilə bağlı deyilənlər sadəcə olaraq xalqı sakitləşdirmək, gərginliyi azaltmaq və vaxt udmaq üsuludur. “Unutmayaq ki, Azərbaycan tərəfi bəyan edib ki, demarkasiya prosesi yayın sonuna qədər yekunlaşmalıdır. Nikol Paşinyana da məhz həmin üç aylıq vaxt lazımdır. Üç ayın tamamında Qarabağ Azərbaycanın tərkibinə keçəcək. Razılaşma budur”.

Aakopyan bildirib ki, əgər 2018-ci ilə qədər onlarla Eermənistan arasında münasibətılər tərəfdaşlıq idisə, hazırda bu ağa və nökər mərhələsinə keçib.

P.S. Ermənilərin dünya tərəfindən də tanınan “erməni xəstəliyi” kimi ciddi xəstəliyə mübtəla olduqları sirr deyil. Onların nəyin davası etdikləri də tam aydın deyil. Bölgədə Rusiyanın hesabına özlərinə dövlət quran, lakin iddialara yerə-göyə sığmayan ermənilər o qədər ağıldan kəmdirlər ki, mümkün olmayan şeyləri istəyirlər. Qarabağ məsələsində də eyni davranış sərgiləyirlər. Elə zənn edirlər ki, Azərbaycan öz torpaqlarından geri çəkiləcək. Əksinə, 44 günlük müharibə də təsdiq etdi ki, Bakı istəyinə nail olmaq üçün sülhdən nə qədər yararlanırsa, müharibədən də bir o qədər çəkinmir. Yəni, məqsədinə nail olmaq üçün hərbi əməliyyatlara belə başlaya bilər. Lakin bunun fonunda, bir ovuc erməni ortaya atılıb Qarabağa “müstəqillik” tələb edir və günün birində başının yenidən əziləcəyinin fərqində deyil.

Metxelər, Arayiklər, Nikollar, İşxanlar, Robertlər, Serjiklər də bu reallığı anlamalı, öz xalqlarını qurbana çevirməməlidirlər. Həvəsidr, bəsdir. Sakit oturmalarında fayda var. Başları qalxarsa, Azərbayca Əsgəri yerindədir. Bir həmləyə hər şeyi həll edəcək.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button