ManşetSiyasət

Mövsün Hacıyev: “Rusiyada faktiki aksiyalarla Putini devirmək mümkün deyil”

Son dövrlər Rusiyada baş verənlər Azərbaycanda da diqqəətlə izlənilir. Məsələ belədir ki, Bakıda böyük əksəriyyət Moskvada hakimiyyət dəyişikliyinin olacağında, Putinin gedəcəyinə və Rusiyanın qismən də olsa, demokratikləşəcəyinə ümid edir. Bu ümidin başlıca səbəbi də odur ki, Rusiya demokratikləşcəyi təqdirdə Qafqazdan, ən əsası isə Azərbaycandan çəkiləcəyi arzusudur.

Qeyd edək ki, ötən il zəhərlənərək təcili olaraq Almaniyaya aparılan və orada çətin müalicə kursu keçdikdən sonra sağ qalmağı bacaran Rusiya müxalifətinin lideri Aleksey Navalnı ölkəsinə döndükdən sonra qalmaqallı videolar yayıb. Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu deyilən Gəlincikdəki nəhəng maliksəinin 1.3 milyard dollara baş gəlməsinə dair yayılan videoya 15 milyona yaxın insan baxıb. Bu hadisədən sonra isə Rusiyanın 90-dan çox şəhərində etiraz aksiyaları başlayıb. Bunun səbəbkarı da Navaldnıdır ki, o xalıq Putinə etiraz etmək üçün küçələrə çıxamağa çalışıb.

Hazırda Rusiyada nə baş verir? Proseslərin gedişatı nə vəd edir? Və bizi maraqlandıran bir çox suallara cavab axtarmaq üçün uzun müddət Şimal ölkəsində jurnalist kimi çalışmış, hazırda “Exo Baku” layihəsinin rəhbəri Mövsün Hacıyevin fikirlərini aldıq.

Tanınmış jurnalist, hazırda Almaniyada mühacir həyatı yaşayan Hacıyev JAMAZ.İNFO-ya açıqlamasında deyib ki, hazırda baş verənlər ilk deyil, indiyə qədər bir neçə dəfə reallaşıb. “Düşünmürəm ki, aksiyalar davamlı olacaq və ciddi nəticələrə gətirib çıxaracaq. Ona görə ki, iştirakçılar azdır. Moskva kimi şəhərdə ciddi dəyişikliklərin baş verməsi üçün etirazlarda ən azı 1 milyon insanın iştirakı lazımdır. Navalnının təşkil etdiyi aksiyalarda isə Moskvada 15 min nəfərin iştirak etdiyi deyilir. Bu rəqəmi müxalifət açıqlayıb, hökumət isə iştirakçıların sayının 3-4 min nəfər olduğundan danışır”.

Mövsün Hacıyev qeyd edir ki, aksiyalara az adamın qatılmasının bir çox səbəbləri ola bilər. Onun sözlərinə görə, rusların bir çoxu  mitinqlərin icazəsiz keçiriləcəyi və yerli misilin də onu dağıdacağını bildiklərindən küçəyə çıxmaqdan çəkiniblər. “Amma onu da qeyd edim ki, hələ 2011-ci ildə Moskvada keçirilən icazəsiz aksiyalarda 50 min adam iştirak etmişdi”.

“Exo Baku” layihəsinin rəhbəri əhalinin küçələrə çıxamamasının, habelə Putinin gedə biləcəyi barədə proqnozların digər səbəblərindən də danışıb. “Son 7 ildə Rusiyada sosial-iqtisadi vəziyyət pisləşsə də, həlledici səviyyədə pisləşməyib. “Bundan başqa, Rusiya hələlik xarici siyasətdə uğursuzluğa düçar olmayıb. Ona görə də, əhali arasında hələlik narazılıq pik həddə deyil. Ancaq Rusiya hakimiyyətinin daxilində vəziyyət kritikdir. Çünki ciddi qarşıdurmaların olduğu diqqəti çəkir. Navalnının son çəkdiyi filmdə də səsləndirilən məlumatlar da bundan xəbər verir. Maraqlı məqam odur ki, Navalnının filmi ilə bağlı danışan müstəqil, hətta Kremlə yaxın ekspertlər də bildirirlər ki, oradakı məlumatlar hakimiyyət içindən ötürülmüş kompromatlardır”.

Hacıyev bu qarşıdurmaların və aksiyaların konkret hansı nəticələrə gətirib çıxaracağı barədə proqnoz vermək üçün tələsəməməyi məsləhət bilir. “Ancaq bəlli olan bəzi məqamlar var. Məsələn, Navalnı tərəfdarlarının təşkilatçılıq qabiliyyətinin zəif olması. Gedişat göstərir ki, belə aksiyalar Putinin getməsinə, Rusiyada hər hansı bir hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcək”.

Jurnalist deyir ki, Kremlin prosesi önləmək üçün bəzi addımlar atdığı da xüsusi olaraq diqqəti çəkir. Onun sözlərinə görə, Rusiya hökuməti Azərbaycan və Belarusiya hakimiyyətlərindən fərqli olaraq, ideoloji sahədə də hazırlıqlara başlayıb. “Navalnının yaydığı videogörüntülərdən sonra Kreml, ona yaxın olan ekspertlər müxtəlif formalı açıqlamalar verirlər. Məsələn, onların bəziləri deyirlər ki, Gəlincikdəki malikanə heç də Putinlə bağlı deyil. Hətta bəziləri sarayın Putinə aid olmasını dilə gətirsə də, onun heç də varlı olması əlaqəli olduğunu iddia edirlər. Və ya Putinin yaxın dostlarından biri Rotenberqin çıxış edərək, sarayın ona məxsus olduğunu deməsi, göstərir ki, Rusiya hakimiyyəti Navalnı və tərəfdarlarını zəiflətmək, onların iddialarını yalanlamaq üçün bütün imkanlarından yararlanmağa başlayıb. Və bu təbliğat və ideoloji sahəyə qədəm qoyub”.

Hacıyev bildirir ki, Rusiyada aksiyaların güclənməsi və hansısa hakimiyyət dəyişikliyinin baş verməsi, habelə proseslərin aktivləşməsi üçün hazırda ciddi bir hadisənin və ya forsmajor olayın baş verməsi lazımdır. “Əgər belə hadisələr baş verməzsə, aksiyaların güclənəcəyini yox, zəifləyəcəyini müşahidə edəcəyik”.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button