ManşetSosial

Nəcməddin Sadıqov qəza törətdi: Maşınından 10 min dollar götürərək, zərəri ödəyib

Azərbaycan Müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkov qəza törədib. JAMAZ.İNFO  xəbər verir ki, bu barədə bakupost.az saytı məlumat yayıb.
Hadisə Mikayıl Müşfiq küçəsi, 10 ünvanında baş verib. Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən Nəcməddin Sadıkov öndəki “Toyota Prius” markalı maşını vurub. Həmin avtomobil də qarşısındakı digər maşına çırpılıb. General-polkovnikin maşını zirehli (bronirovannıy) olduğundan zədələnməyib. Lakin “Toyota Prius” yararsız hala düşüb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib.
Nəcməddin Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin bildirdiyinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Artıq yol polisi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Qaynarinfo-ya bildirib ki, “Toyota Land Cruiser” markalı, 90 AS 020 dövlət nömrə nişanlı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsinə əsasən protokol tərtib olunub.
Onun sözlərinə görə, yanvarın 7-də baş verən yol qəzası sənədləşdirilib, qarşı tərəfə dəymiş ziyan ödənilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button