ManşetSosial

Nazirdən məktəblərdə pul yığımına “yaşıl işıq”: “Pul yığımı könüllü şəkildə olmalıdır”

“Məktəblərdə pul yığılması qeyri-qanunidir”. JAMAZ.İNFO xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O deyib ki, hələ məktəbdə oxuyanda da belə hallarla rastlaşıb. “Bu, bizim cəmiyyətin xroniki problemidir. Azərbaycanda icbari təhsil pulsuzdur. Valideyn Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil. Bu, ictimai qurumdur. Bu birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur”.

Nazirin sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: “Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır”.

E.Əmrullayev Valideyn-Müəllim assosiasiyalarından da danışıb: “Valideyn-Müəllim assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil. Bu, ictimai qurumdur. Bu birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur”.

P.S. Qeyd edək ki, həşəmətli təhsil naziri Enim Əmrullayevin bu açıqlaması məktəblərdə pul yığımına “yaşıl işıq” yandırmaqdır. Yəni, nazir bununla deyib ki, “hörmətli direktorlar, pulu elə yığın ki, səsi çıxmasın və könüllü kimi görünsün”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button