ManşetÖlkə içi

Neftçalanın sabiq icra başçısı tenderlərdən nə qədər pul qazanıb?

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi vəsaitlərin bir qismi məlum olub. “Report”un məlumatına görə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci ildə keçirilən tenderdə “Master-İnşaat-Servise” MMC qalib gəlib.

Belə ki, icra hakimiyyəti tərəfindən 2017-ci ilin iyul-dekabr aylarında çoxmənzilli yaşayış binalarının təmirinə cəlb olunan 91 nəfər işçi üçün 367 605 (ƏDV ilə birlikdə) manat vəsait keçirilən tenderin qalibi “Master-İnşaat-Servise” MMC-in bank hesabına köçürülüb.

«Bundan başqa, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün 2018-ci ilin yanvar ayında 276 471,04 manat dəyərində keçirilən tender nəticəsində “MASTER-OFİS” MMC qalib gəlib», – məlumatda deyilir.

Daha sonra çoxmənzilli yaşayış binalarının təmirinə cəlb olunan 45 nəfər işçi üçün 276 471,04 (ƏDV ilə birlikdə) manat vəsait “MASTER-OFİS” MMC-in bank hesabına köçürülüb.

Cinayət materiallarına əsasən, Neftçala RİH aparatının saxlanılmasına dövlət büdcəsinin rayon üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin 20 avqust 2017-ci il tarixli yoxlama aktından görünür ki, yoxlama 2011-ci ilin iyul ayından 2017-ci ilin iyul ayına kimi olan dövrü əhatə etməklə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılıb. Yoxlama ilə aşkarlanan 172 97,92 manat məbləğində çatışmazlıq, artıq və əsassız ödənişlərin yoxlamadan sonrakı dövrdə büdcəyə bərpası təmin edilib.

İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button