DünyaManşet

Nikol Paşinyan: “Ermənistanda xalqla imtiyazlarını itirmiş “elita” arasında savaş gedir”

“2018-ci ildə inqilab yolu ilə devrilmiş və hakimiyyətdən qovulmuş “elita” revanş əldə etməyə cəhd göstərir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində baş verən son siyasi hadisələrə münasibət bildirərkən özünün Facebook səhifəsində yazıb.

O qeyd edib ki, Eermənistanda hazırkı siyasi vəziyyət bir neçə mərhələyə bölünür. “Birincisi, inqilab yolu ilə devrilmiş və hakimiyyətdən qovulmuş “elita” revanş əldə etməyə çalışır. Üstəlik, söhbət yalnız siyasi “elita”dan yox, 2018-dən əvvəl imtiyazlara sahib olanların hamısından gedir”.

Paşinyan daha sonra bildirib ki, o, hakimiyyətdən getmək fikrində deyil. Əksinə, 2018-ci ilə kimi hakimiyyətdə olan və onlarla birlikdə bir çox imtiyazlar əldə etmiş “elita”ya qarşı mübarizəni daha da sərtləşdirəcək. “2018-ci il inqilabından sonra hakimiyyət gəldiklərini hiss edən insanlar bu statusu itirmək istəmirlər. Xüsusən də, indi ölkə üçün ciddi problemlərin olduğunu bildiyi halda, “mitinqə gəlməsən işdən qovulacaqsan” ritorikası ilə danışanlarla birlikdə olmaq istəmir”.

Ermənistanın baş naziri deyib ki, hazırda əsl qarşıdurma hökumət və müxalifət arasında deyil, 2018-ci ildən sonra imtiyazlardan məhrum olan “elita” ilə xalq arasında gedir. “Ancaq hər halda, xalq həlledici sözə sahibdir. Çünki xalq sözünü desə, “elitalar” heç nə edə bilməyəcəklər”.

Paşinyan sonda onu da vurğulayıb ki, erməni xalqının sözünü demələri üçün hər şeyi edəcək. “Ancaq hazırda bizim üçün prioritet Ermənistan və Qarabağın xarici təhlükəsizliyini təmin etməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button