ManşetSiyasət

Nikol Paşinyan: “Şuşada niyə bir ev tikilmədi? Şəhəri saxlayacaqlarına əmin deyildilərmi?”

“Şuşa məsələsi hər zaman problemi olub. Azərbaycan azərbaycanlıların Qarabağa qayıtması fikrindən heç vaxt əl çəkməyib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, sual edib ki, bəs, belə olan halda azərbaycanlılar harada yaşamalı idilər. “Ermənistan tərəfi bununla bağlı heç bir şəkildə mübahisə etmədi. Üstəlik, danışıqlar masasında ya sorğu, ya da plebisit olmaqla referendum keçirmək variantı müzakirə edildikdə, erməni tərəfi Qarabağdan olan azərbaycanlıların Dağlıq Qarabağın tam hüquqlu sakinləri kimi iştirakına da razılıq verdi. O zaman Dağlıq Qarabağın azərbaycanlı sakinləri harada məskunlaşacaqdı? Daha əvvəl yaşadıqları yerə getmələri məntiqlidir”.

Paşinyan daha sonra deyib ki, bu 30 il ərzində Şuşa haqqında çox şey danışılıb, lakin əməli heç bir iş görülməyib. “Orada neçə yaşayış binası tikildi? Bu danışıqlara dəyməz. Bəs niyə tikilməyib? Pulun yoxdu? Şəhəri saxlayacaqlarına əmin deyildilərmi? Düşünürəm ki, cavab açıqdır”.k

Ermənistanın baş naziri sonda qeyd edib ki, son 30 ildə ölkəsində ən böyük problem ermənilərin reallıqla üzləşməməsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button