ManşetSiyasət

Nikol Paşinyan: “Ter-Petrosyan Qarabağın bütünlüklə Azərbaycana verilməsini təklif edir”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın Qarabağla bağlı verdiyi açıqlamasına cavab verib. JAMAZ.İNFO xəbər verir ki, Ter-Petrosyan açıqlamasında Azərbaycanla münasibətlərin bərpa olunmasını və Bakıya güzəşt edilməsini çıxış yolu kimi göstərmişdi.

Paşinyan isə onun təklifinin həyata keçirilməsi mümkün deyil. “Ter-Petrosyan İrəvan hakimiyyətini mütəmadi olaraq tənqid edir. Lakin heç bir şəkildə problemi aradan qaldırmağın yolları barədə danışmır. O təklif edir ki, Qarabağı bütünlüklə Azərbaycana vermək və bununla da məsələni bağlamaq lazımdır. Lakin nədənsə, bu gün bizi tənqid edir”.

Ermənistanın baş naziri Ddaşnaksütun Partiyasını da satqınlıqda ittiham edib. Onun sözlərinə görə, Daşnaksütunun 1918 və 1920-ci illərdə Batumi və Aleksandropol müqavilərlərinə görə, indiki hakimiyyəti ittiham etməsi başadüşülən deyil. “Həmin sənədə onların partiyası imza atıb, satqınlığı onlar edib, indi bizi ittiham edirlər ki, həmin müqaviləyə yenidən baxmaq üçün hakimiyyət heç bir addım atmır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button