ManşetSiyasət

Nikolay Silayev: “Yolların açılmasında Kalininqrad modelindən istifadə oluna bilər”

Ötən gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin görüşü keçirilib. JAMAZ.İNFO xəbər verir ki, Mqer Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin qatıldığı Üçtərəfli İşçi Qrupunun iclasında kommunikasiyaların aşılması məsələsi müzakirə edilıib. Tərəflər 8 -ci görüşün yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, belə bir formatın razılaşdırılması barədə Moskvada hələ bu ilin yanvarında qərar verilib. Bir müddətdir görüşlərin keçirilməməsinin səbəbkarı isə Ermənistan hesab olunur. Çünki İrəvan sərhəddəki gərginliyi və parlament seçkilərinin keçirilməsini bəhanə edərək, görüşlərə qatılmaqdan imtina edirdi.

Rusiyalı politoloq Nikolay Silayev bölgədə həyata keçirilən layihələr barəsində danışarkən deyib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması vacibdir. Lakin bu, kiminsə mövqeyini birtərəfli qaydada tətbiq etmədən, kompromis yolu ilə həyata keçiriləcək.

Silaevin sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 Noyabr 2020 -ci il tarixli üçtərəfli bəyanatında göstərilən marşrutların blokadadan çıxarılması mövzusunda konkret çərçivə var. “9-cu bənddə qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Ermənistan, öz növbəsində, “vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün” Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Politoloq qeyd edir ki, qalan hər şey Ermənistanla Azərbaycan arasında danışıqlar mövzusudur. O, Rusiyanın məsələdə mövqeyinə gəlincə, qeyd edib ki,Moskva konkret formalar tətbiq etməməlidir və tətbiq etməyəcək. “Hazırlanan həll yolları bir növ kompromisin bəhrəsi olacaq. Ancaq bunlar yalnız bir tərəfin maraqlarına uyğun ola bilməz. Və biz ana torpağı muxtariyyətlə birləşdirən yol üzərində Azərbaycanın suverenliyindən danışmırıq” .

O hesab edir ki, Kalininqrad vilayətinin nümunəsi bölgədəki kommunikasiyaların işləməsi üçün nümunə ola bilər. “Bu Rusiya eksklavı ilə əlaqələr NATO ölkələrinin və Avropa Birliyi üzvlərinin ərazisindən keçir.

Təbii ki, Ermənistan-Azərbaycan münasibətlərini Rusiya ilə NATO, Rusiya ilə AB arasındakı münasibətlərlə müqayisə etməyə ehtiyac yoxdur. Amma hər iki halda müəyyən bir “antaqonizm” var. Məsələ burasındadır ki, kompromis axtarışları fonunda dövlətlər arasında quru əlaqəsi kifayət qədər realdır”.

Silayev bildirir ki, bu kompromislərin qısa müddətdə əldə oluna biləcəyi real deyil. O deyir ki, əlaqələri qurmaq uzun və əziyyətli işdir. “Üstəlik, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, atəşkəs rejiminin vaxtaşırı pozulmasını nəzərə alsaq, proses nikbinlik yaratmır”.

Ekspertin fikrincə, Azərbaycan Dağlıq Qarabağ əhalisinə aşağı intensivlikdə təzyiq göstərir. “Bildiyiniz kimi, Bakı hələ də Rusiya sülhməramlı kontingentinin Qarabağda olması ilə bağlı mandat imzalamayıb və bu cür ağırlaşmalar sülhməramlılar üçün əlavə risklər yaradır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button