GündəmManşet

Ordumuz Kəlbəcərdə ermənilərə dərs keçdi: İki post dağıdılıb, 8 ölü var  

Dünən günorta saatlarından etibarən Ermənistan ordusu Basarkeçər rayonunun Yuxarı Şorca və Norabak kəndləri istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, ermənilərin təxribatı nəticəsində bir hərbi qulluqçumuz Şəhid olub. Lakin düşmənə layiqli cavab da verilib.

Son məlumatlara görə, Ermənistan ordusu törətdiyi təxribatın bədəlini ağır ödəyib. Rəsmi məlumatlara görə, dünənki təxribat nəticəsində erməniləri 3 əsgərlərini itiriblər. Bundan başqa, daha bir neçə yaralıları da var. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, gecə saatlarında güllə yarası almış, 2002-ci il təvəllüdlü əsgər Vaqan Vaçaqanoviç Babayan xəstəxanada ölüb. Dünənki döyüşlərdə öldürülən digə iki erməni hərbçilərdən biri Artur Mxitaryan, digəri isə Rudik Qaribyandır.

Lakin erməni teleqram kanalları, habelə yerli media itkilərin sayının 3 nəfər olduğunu yalan hesab edir. Onlar Ermənistan Müdafiə Nazirliyini itkilərin sayı ilə bağlı məlumatları gizlətdiyini iddia edirlər. JAMAZ.İNFO erməni mediasına istinadən xəbər verir ki, dünən gecə saatlarına qədər davam edən atışmalar zamanı ölən erməni əsgərlərinin sayı 8 nəfərə yaxındır. Bundan başqa, döyüşlərdə 10-a qədər əsgərin yaralandığı da deyilir. Rəsmi qurumlar bu məlumatlar qarşısında susmağa üstünlük verirlər.

Qegarkunik rayonunun Qeqamsar kəndinin icma rəhbəri Akop Avetyan isə bildirir ki, atışma gecə yarısı dayanıb. “Yuxarı Şorca və Norbak kəndləri istiqamətində atışma intensiv olub. Əhalinin köçürülməsindən söhbət belə getməz. İnsanlar artıq müharibə şəraitinə öyrəşiblər. Lakin yenə də baş verənlər bizi narahat edir”.

Gələn xəbərlərdən o da məlum olur ki, Ermənistan ordusu törətdiyi təxribat nəticəsində daha bir itkiyə məruz qalıb. Bu dəfə canlı qüvvə deyil, hərbi mövqedən söhbət gedir. Məlumatlara görə, Yuxarı Şorca istiqamətində düşmənin bir postu Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan başqa, Norabak kəndi yaxınlığındakı bir post da Ordumuz tərəfindən dağıdılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button