AraşdırmaManşet

Ordumuz Laçında daha iki yüksəkliyi nəzarətə götürdü

Ermənistanla dövlət sərhəddimizi bərpa edən və bu məqsədlə ərazidə hərbi postlar quran Azərbaycan Ordusu dünən Laçın rayonu ərazisində daha iki yüksəkliyi nəzarətinə götürüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hərbi mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, dünən günorta saatlarından sonra Laçın rayonu ərazisində yerləşən və Azərbaycan Respublikasının ərazisi olan iki yüksəklikdə hərbi postlar qurulub və döyüş növbəsi təşkil olunub.

Mənbə dünən sərhəddə baş verən hadisə və ermənilərin yaydığı video ilə də bağlı danışıb. O bildirib ki, belə bir hal baş versə də, qısa zaman ərazində əraziyə əlavə qüvvələr gətirilib və ermənilər oradan uzaqlaşdırılıb. Mənbə belə videoların yayılmasının ermənilərin təxribatı olduğunu və daxili auditoriyaya hesablandığını vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button